Xəbər lenti
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
Manevr.az xəbər verir ki, 1964-cü ildə yayımlanan "Sehrli xalat" filminin aktyorları ekran işində necə rol aldıqlarından danışıblar.
S.Hətəmova filmdə "Zərifə" obrazına həyat verərkən 13 yaşının olduğunu deyib:
"13 yaşım var idi. 6-cı sinfi bitirirdim. Uşaqları çəkiliş üçün dəvət edirdilər. Bizim sinifdən 2 qız seçilmişdi. Məni "Zərifə" yox, "Səidə" obrazı üçün seçimlərə dəvət etmişdilər. Seçimə yüzlərlə uşaq gəlmişdi. Filmin ikinci rejissoru Əşrəf Mamayev demişdi ki, "Zərifə" rolu üçün 600-ə yaxın qız dəvət edilib. Axıra 100 qız qalmışdı. Əlisəttar Atakişiyev (filmin rejissoru - red.) məndən soruşdu ki, sən hansı rola çəkilmək istəyirsən? Cavab verdim ki, "Zərifə". Dedi rol xoşuna gəlir? Cavab verdim ki, "hə". Söylədi ki, xoşuna gəlir, çəkək.
Uşaqlarımla sərt danışanda həmişə deyirlər ki, "Zərifə, gülümsə".
Ekran işinin "Eldar"ı Y.Şeyxov o vaxt filmdə əks olunan hadisələrin nə vaxtsa real olacağını təsəvvür edə bilmədiyini vurğulayıb:
"İndiki uşaqlara deyəndə ki, o vaxt evdə 1 telefon var idi, ağıllarına sığmır ki, bu, necə mümkün ola bilər. Ə.Atakişiyevin öncədəngörmə hissi çox qədər inkişaf etmişdi: Videomaqnitafon, videokamera, kosmik səyahətlər. Filmdən 5 il sonra amerikalı astronavtlar Ayın səthinə ayaq basdı.O, bunu da görmüşdü. Biz o rolları canlandıranda bilmirdik ki, nə vaxtsa bunlar olacaq. Fantastika janrında filmi idi"./axşam.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar