Xəbər lenti
Gənc şair Nigar Arif Mərakeşdə keçirilən Beynəlxalq Poeziya Festivalında Azərbaycanı təmsil edib - ŞƏKİLLƏR
“8-ci Layoune Beynəlxalq Poeziya Festivalı və 5 Qitədən Şairlərin Mədəni Dialoqu” 12 gün - aprelin 18-dən 29-nadək Mərakeşin 5 şəhərində (Layoune, Safi, Tangire, Rabat, Mərakeş) və Sahara səhrasında baş tutub.
Festivala beş qitədən olmaqla 30 müxtəlif ölkələrdən tanınmış şairlər dəvət olunub. Sözügedən festivala Azərbaycanı gənc şair Nigar Arif təmsil edib.
Bu barədə Manevr.az-a N.Arif özü məlumat verib:
"Olduqca böyük, maraqlı, şən və rəngarəng festival idi və yuxarıda adları keçən şəhərlərin hər birində çıxışlarımız oldu, bütün tədbirlərdə 3 dildə - həm öz dilimizdə, həm də ingiliscə, ərəbcə tərcümədə şeirlərimizi səsləndirdik. ( öz dilimizdə və ingiliscə özümüz səsləndirirdik, ərəbcə tərcüməsi isə xüsusi təyin olunmuş tərcüməçi tərəfindən oxunurdu) Bir çox tədbirlərdə , konfranslarda, məktəb , universitet, nəşriyyat yerlərində qonaq olduq. Hamısında bizi çox hörmətlə, qonaqpərvərliklə qarşıladılar. Müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırıldıq. Bir çox televiziya kanallarına müsahibələr verdik, Mərakeşin fərqli saytlarında da şəkillərimiz, çıxışılarımız barədə yazılar dərc olundu… Layoune şəhərində Poeziya gecəsinin Bağlanış mərasimində bizə milli geyimlərini hədiyyə edərək geyinməyimizə kömək etdilər…Həqiqətən də özümüzü öz evimizdə kimi hiss edirdik… Poeziya gecəsi keçirilən ən əsrarəngiz və sehirli yerlərdən biri “Sahara” səhrası, digəri isə “Tangier” şəhərində Mağarada idi… Saharada iki dəfə olduq, çox poetik ab-havası vardı, mənzərəsi çox hüzurverici idi, mərasim də, poeziya gecəsi də möhtəşəm təşkil olunmuşdu. Həm şeirlərimizi səsləndirdik, həm Mərakeşin milli rəqsi, musiqisi, adət-ənənələri ilə tanış olduq, həm də rəqs edib əyləndik… Ümumiyyətlə, qrup olaraq da yaş fərqləri olmasına baxmayaraq kifayət qədər deyib-gülən , şən, zarafatcıl, mehriban,əyləncəli qrup idik, elə bil 5 qitədən eyni “ kafada” olan bütün şairləri özəlliklə seçmişdilər.
Bu arada ən cavan, azyaşlı şair mən idim, buna görə qalan şairlər hamısı mənə “ qızım” deyə müraciət edirdilər, mən də onlara “ anam, atam” deyə …O qədər doğmalaşmışdıq ki, heç kim ayrılmaq istəmirdi… Çox xoşbəxtəm ki, Mərakeşin ən böyük belə bir Beynəlxalq Şeir Festivalında Azərbaycanı təmsil edən mən oldum və müxtəlif ölkələrdən istər insan olaraq, istərsə də şair olaraq kifayət qədər uğurlu, gözəl insanları yaxından tanıdım", gənc şair vurğulayıb.
Sevda Sabirli
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar