Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib - Fotolar

Tarix: 08-06-2017 11:16     Baxış: 3575 A- / A+
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib


Manevr.az-a verilən xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib.

Xızı rayon Heydər Əliyev Mərkəzində Xızı rayon İcra Hakimiyyəti və Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Xızı rayon nümayəndəliyinin birgə təşkilatçılığı, mədəniyyət müəssisələrinin iştirakı ilə Mikayıl Müşfiqin anadan olmasının 109 -illiyinə həsr olunmuş tədbir keçirilib. İlk olaraq Heydər Əliyevin büstü və Mikayıl Müşfiq muzeyində yerləşən M.Müşfiqin büstü önünə gül dəstələri düzülüb, xatirə şəkilləri çəkilib. Sonra Xızı rayon Heydər Əliyev Mərkəzində şairin həyatına və yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbirdə respublikanin əməkdar incəsənət xadimləri, yazıçılar, şairlər geniş çıxışlar ediblər. Tədbirdə kompozisiyalar səsləndirilib, Mikayıl Müşfiq şeirlərinə bəstələnmiş mahnılar ifa olunub. Bundan başqa Cabir Novruz Mədəniyyət Fondu tərəfindən Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Xızı rayon nümayəndəliyinin baş məsləhətçisi Möhsün Bağırov və M.Müşfiq muzey əməkdaşları fəxri fərmanlarla təltif olunublar.

Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
18 iyun İnsan hüquqları müdafiəsi günü ilə əlaqədar N.Nərimanov rayonunda yerləşən 193 saylı tam orta məktəblə birlikdə tədbir keçirib. Tədbirdə Mərkəzi kitabxananın kollektivi və daimi oxucuları, 193 saylı məktəbin şagird və müəllim kollektivi və Nərimanov RPİ-nin YYÇ PİTB-nin əməkdaşı, polis mayoru Rüstəm Rüstəmov iştirak ediblər. Tədbirdə MKS-nin direktoru Məhruzə Cəfərova “Azərbaycanda İnsan hüquq və azadlıqlarının təmin edilməsi”, 193 saylı məktəbin direktoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Rahim Hüseynov “Təhsil hüququ”, məktəbin tarix müəllimi Kəmalə Mustafayeva “Respublikamızda ombudsman təsisatının yaradılması”, Nərimanov rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların işi üzrə bölmənin rəisi, polis mayoru Rüstəm Rüstəmov “Uşaq hüquqlarının qorunması dövlətimizin əsas vəzifəsidir” mövzusunda çıxış ediblər.

Tədbirin sonunda “Siz hüquqlarınızı bilirsinizmi?” mövzusunda video-çarx və “İnsan hüquqlarının müdafiəsi” başlıqlı kitab sərgisi nümayiş olunub.

Abşeron rayon Tarix Diyarşünaslıq muzeyində
isə məktəblilərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə rəsm dərsi və "Bacarıqlı əllər" mövzusunda uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə Abşeron rayon ictimaiyyəti, orta məktəb şagirdləri, uşaq incəsənət və musiqi məktəbinin kollektivləri iştirak ediblər.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar