Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qərbi Azərbaycan Xronikası: Ermənilər irəvanlı ictimai xadimin zorla köçməsinə səbəb oldular - VİDEO

Tarix: 07-04-2024 10:08     Baxış: 3273 A- / A+


Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Fəxriyyə Lilparın müəllifi olduğu verilişin növbəti buraxılışı efirə gedib.
Manevr.az xəbər verir ki, “Evi əlindən alınan, hədə-qorxu ilə köçməyə məcbur edilən baş redaktor” adlı verilişdə əslən İrəvanın Amasiya rayonu, Düzkənd kəndindən olan Cahangir Əliyevdən bəhs olunur.
Bildirilib ki, parlaq ictimai xadim kimi tanınan C.Əliyev Amasiya Rayon Partiya Komitəsinin I katibi, “Sovet Ermənistanı” qəzetinin baş redaktoru, Ermənistan Ali Soveti Rəyasət Heyətinin sədr müavini, Ermənistan KP MK-nın üzvü, Ermənistan SSR Ali Sovetinin deputatı kimi fəaliyyəti ilə İrəvanda misilsiz xidmətlər göstərib.
Diqqətə çatdırılıb ki, o, İrəvanda ermənilərin azərbaycanlılara qarşı məqsədli, qərəzli münasibətinə hər zaman kəskin münasibət bildirib, azərbaycanlıların sosial durumunun inkişafı üçün əlindən gələni edib: “Təbii ki, bu da yerli iqtidarı qane etməyib və erməni rəhbərliyi onu müxtəlif üsullarla sıxışdıraraq İrəvandan məcburi köçməsinə nail olublar. Bunu çox çətin yaşayan Cahangir Əliyev ömrünün son gününədək Azərbaycan və onun tarixi üçün əlindən gələni edib”.
Sonda şahidlər Cahangir Əliyevin fəaliyyətindən söz açırlar. 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar