Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

“Kitabi Dədə Qorqud” müstəqillik epoxasında” kitabı işıq üzü görüb

Tarix: 01-04-2024 17:09     Baxış: 4591 A- / A+
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Kitabi Dədə Qorqud” müstəqillik epoxasında” (sənədlər və materiallar) kitabı nəşr edilib.
Kitab İnstitut Elmi Şurasının 8 fevral 2023-cü il tarixli, 1 saylı qərarı ilə çap olunub. AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Kitabi-Dədə Qorqud” salnaməsi” sərlövhəli əhatəli Ön sözdə nəşrin əhəmiyyətindən bəhs edib. Kitabın toplayanı, tərtib edəni və nəşrə hazırlayanı filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlıdır. Məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır. Dörd hissədən ibarət kitabda görkəmli dövlət xadimi Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqımızın möhtəşəm ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanları ilə əlaqədar imzaladıqları Fərman və Sərəncamlar, müxtəlif tədbirlərdəki nitqləri, həmin tədbirlərdə iştirak etmiş tanınmış simaların çıxışlarının mətnləri verilib. 304 səhifədən ibarət kitab “Elm” nəşriyyatında işıq üzü görüb.

Gülnar Səma Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar