Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

Tarix sübut etdi ki, xalqım necə uludur

Tarix: 28-03-2024 20:14     Baxış: 4594 A- / A+
Coşqun XƏLİLOĞLU
Azərbaycan Yazıçılar Birliyinin üzvü

ZƏFƏR MEYDANI

Sevincdən köksümüzə sığmayır ürəyimiz,
Nə qədər gözəl zaman, necə gözəl dövrandı.
Bir-bir hasilə yetir arzumuz, diləyimiz.
Şükür ki, Xankəndində Novruz tonqalı yandı.

Ali Baş Komandanın yandırdığı bu tonqal
Mərdliyin, ədalətiin, zəfərin simvoludur,
Milləti uca edir saf əqidə, pak amal,
Tarix sübut etdi ki, xalqım necə uludur.

Ürəyimiz təpərli, xalqımız qürurludur,
Dünya seyr eyləyirdi tonqal yanan məkanı.
Tariximiz şərəfli, yolumuz uğurludur,
Həmin gündən o meydan oldu Zəfər meydanı.

Çiçəklənib ümidlər, qönçələnib duyğular,
Düşmən unutmasın ki, canımızdır Qarabağ.
Hələ ürəyimizdə var nə qədər arzular,
Laləzara bürünüb güləcəkdir bu torpaq.

23.03.2024.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar