Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Xəyanət olunmayan səslər” — Çinarə Ömray yazır... -ŞƏKİLLƏR

Tarix: 07-03-2024 17:53     Baxış: 3409 A- / A+

Çoxdan idi ki, dostum, rejissor Elçin Ağazadənin dəvəti ilə "Ümid Var"la tanış olmuşdum.

... O günün mənə verdiyi enerjinin, sevginin, ümidin dadı damağımdan getmirdi. O günün mənə qazndırdığı Zivər xanım kimi, Ayxan kimi və adını unutduğum, enerjisini unuda bilmədiyim onlarca insanlar oldu.

Hər ümidim tükənəndə, insanlardan, cəmiyyətdən boğulanda özümü Ayxanın "səhfəsində" tapırdım. Bu böyüklükdə sosial şəbəkələrdə mənim nəfəsliyim tək Ayxanın "səhfəsi" idi...

... Bu günlərdə Zivər xanımdan bir dəvət mesajı aldım, məni bu möhtəşəm uşaqların və Ayxanın görüşünə dəvət edirdi.
İşdə bu uşaqlardan o qədər danışıram ki, artıq hamı Ayxanı da, onun dostlarını da yaxşı tanıyır.

Bu dəfə "Ümid var" məndə yeni ümid yartdı. İş yoldaşım olan qızlar da mənə qoşuldu, yollandıq poeziya gecəsinə...
Zala daxil olar-olmaz o müsbət enerji bolluğunun tən ortasında hiss etdim özümü. Bizi ilk Zivər xanım qarşıladı, yerimizi görsətdi. Bir az boylandıqca qabaq sıralarda tanış simaları, doğma adamları görürdüm... və gördükcə də sevinirdim ki, bu möhtəşəm uşaqları məndən başqa dostlarım da tanıyır, kəşv edirlər. Bütün doğmaları, dostları görsəm də gözüm hey Ayxanı axtarırdı. Qabaq sırada Ayxanın anasını görəndə bir az içim rahatladı.

Beləliklə işarət dilində "Qəlbin sözü" adlı poeziya tədbiri açıq elan edildi.

Tanınmış simalar, tanınmış səslər, tanınmış imzalar bir-bir səhnəyə çıxır, İlqar Kamillə İlqar Fəhmidən şeirlər oxuyurdular. Paralelində də işarət dilində eşitmə məhdudiyyətli dostlarımıza da eyni şeir ifa olunurdu. 
Şeirlərin birində də pianoda dostum Ayxan ifa edirdi. Ayxanı səhnədə görən kimi ayağa qalxıb qışqırmaq istəyirdim ki, bu mənim dostumdur! Bu istedadlı oğlan mənim dostumdur!

... O gecə bizi alıb taa uzaqlara, doğmalarımızın ruhlarının ziyarət yerinə aparmışdı. İlqar Fəhmi yaradıcılığına bir daha vurulmuşdum, İlqar Kamilin şeirlərini səhnədəkilərlə birlikdə deyiridim əyləşdiyim yerdə.

Bir də həmin gün balaca möhtəşəm səsli qıza aşiq oldum... Ruhu ilə necə qanad açdığını, o səhnədə necə uçduğunu bilmirəm, bir mən gördüm ya hamı görə bildi? Səsi ilə bütün qəlblərə toxuna bilən qız...

Deyirlər, bu dünyada möhürlü qəlblər var. Əmin idim, o gün orda əmin idim ki, bu qız səsi ilə o möhürlü qəlblərin də sarı siminə toxuna bilir. Sanki Allah da öz sirrini o qızın səsində gizlətmişdi... və o balaca qız da hər dəfəsində o sirrdən bir parça pıçıldayırdı dünyaya.

Qulağınla yox, qəlbinlə dinləsən çox şeydən agah olardın o gecə...
Asta-asta dinlənən, sakitləşən ruhumu Nərmin Kərimbəylinin enerjisi, səsi, coşqusu oyatdı. Oyatdı ki, durun evə getmək vaxtıdı. Nərminin səsi həmişə bizi qəflət yuxusundan oyadıb, axı.

Tədbirin sonu idi... Nəhayət ki, biz dostum Ayxanla görüşdük... və bu müqəddəs, enerji dolu görüşlərə hər zaman bir ümid var. Nə qədər ki, belə pak, təmiz insanlar mövcuddur o ümid daim insanı yaşamağa da sövq edəcəkdir.

Qəlbinizin səsinə xəyanət etməyin, əzizlər!..

Çinarə Ömray




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar