Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ayaz Salayev: “Şəfiqə Məmmədovanın ittifaqı özünü doğrultmadı”

Tarix: 04-03-2024 18:10     Baxış: 3293 A- / A+
“Şəfiqə Məmmədovanın ittifaqı özünü doğrultmadı” - Ayaz Salayev
Bildiyimiz kimi sabah Kinematoqrafçılar Birliyinə yeni sədr seçiləcək. Namizədlər arasında öz təşəbbüsü ilə Şəfiqə Məmmədova, Rasim Balayev və Cəmil Quliyevin adı çəkilir. Lakin kino ictimaiyyəti arasında keçirdiyimiz sorğuya əsasən onlar qəti şəkildə Şəfiqə Məmmədovanı dəstəkləmirlər. Lakin Rasim Balayevin nüfuzlu kino adamı olduğunu bildirsələr də, onun səhhətinin və yaşının sədr səlahiyyətlərini aparmağa imkan verməyəcəyini bildiriblər. Kino ictimaiyyətinin nüfuzlu mütləq əksəriyyəti yeni sədr kimi Cəmil Quliyevin namizədliyini dəstəkləyir. 
 
Manevr.az xəbər verir ki, sabahkı seçki ilə bağlı manset.az-a açıqlama verən tanınmış rejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev seçkidə iştirak etməyəcəyini bildirib. 
 
“Mənim namizədim yoxdur. Özüm də katib olmaq fikrində deyiləm. Şəfiqə Məmmədovaya gəldikdə isə alicənab xanımdır. Mən ümumiyyətlə yeni təşkilatda yer almayacam”.

Əməkdaşımızın “Bəs Şəfiqə Məmmədova 50 ildir ki, kinoda yoxdur. Necə öz təşəbbüsü ilə kino təşkilatının sədrliyinə namizdəliyini irəli sürüb, bu barədə nə deyə bilərisiniz? sualına Salayevin cavabı belə olub.  
“Mən istəmirəm bu sualın cavabından qaçım. Şəfiqə Məmmədovanın rəhbərliyi ilə ittifaq özünü doğrultmadı”. 
 
Qeyd edək ki, Əməkdar incəsənət xadimi Ayaz Salayev Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoiqraçlar İttifaqının uzun illər katibi olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar