Xəbər lenti
“Enerjilərin boyası” — Çinarə Ömray yazır... -ŞƏKİL
Çinarə Ömray
yazıçı
Şekspir deyir ki, bəzi adamlar anadangəlmə möhtəşəmdir, bəziləri möhtəşəmliyi sonradan qazanır, bəzilərinin də möhtəşəmlik boynuna qoyulur. Axır ki, adam möhtəşəmliyə qovuşmalıdır, yəni başqa çarəsi, seçimi yoxdur, adamdırsa, mütləq möhtəşəm olmalıdır, başqa cür adamımız yoxdur...
Sizə, bu günlərdə “Qaralama sevgi” adlı sayca 20-ci klipinin təqdimatı olan bir möhtəşəm xanımdan — Nərmin Kərimbəylidən danışacağam.
Azərbaycan səhnəsinə bomba enerjisi ilə gəldi və o bombanı “partlada” bildi, o enerjini səhnədən kənara da — hətta ekranın ardında oturan tamaşaçıya da ötürə bildi.
Səhnəmiz, tamaşaçımız bu enerjiyə, bu səmimiyyətə o qədər ac idi ki, bu xanımı qəbul etməməkdən başqa çıxşı yox idi.
Çünki qəribə bir monotonluq, qəribə bir bozluq içində vurnuxan, şousuz bizneslə məşqul olanların əlindən yorğun düşmüş bu səhnə üçün Nərmin Kərimbəyli dalğası bir tərpəniş, oyanış, tozunu tökmə dönəmi idi...
Budda deyir ki, qadın fitrətdən bilir, kişi kitabdan öyrənir...
Fitrətdən bilgili gələn bir xanım hələ üstünə kitabdan öyrəndiklərin də əlavə edərsə, üstəlik ziyalı bir ailədə doğulub və hüquq təhsili alarsa, o qadının aşa bilməyəcəyi sərhədlər, çıxa bilməyəcəyi səhnələr, çata bilməyəcəyi hədəflərin olması mümkünsüzdür... və Nərmin Kərimbəyli bunu əyani şəkildə sübut etdi.
Bilirsiniz, insan həyatda kim olduğunu, nə istədiyini biləndə yenilməz olur. Bu zaman həmin insanın başını istədiyin qədər təriflə, istədiyin qədər tənqidlə fırlada bilməzsən. Çünki bu cür insanlar deyilən təriflərin də, tənqidlərin də içindən özünə aid olanı götürər, qalan hər birinə gülümsəyərək təşəkkür edib, gedər. Çünki o insan daxili “Mən”inə enə bilib, kim olduğunu, nə istədiyini bilə bilir.
Belə şəxslər heç vaxt cəmiyyətin onlara yazdığı rolu, cızdığı yolu getməz, heç vaxt bir falçının səadət vəddinə inanmaz, çətin də olsa öz açdığı izlərlə addımlayar.
Nərmin xanımda xarakterik duruşu, özünü tanıması, savadı, ziyalı mövqeyindən başqa sevdiyim digər bir şey də vardı. Hamı kimi standart deyildi. O təbiətə qarşı çıxmamaqla, onla həmrəng, həmahəng olmaqla göylərdən gəldiyini fəxrlə nümayiş etdirirdi.
Zaman keçdikcə insanın kəşf etdiyi bütün boyalar dəyişir, solur, bozarır, bərpaya ehtiyac duyur. Təbiətin yaratdığı rənglərə isə zaman təsir edə bilmir. Onlar əsrlərdir ki, olduğu kimi qalır, dəyişmir.
Nərmin Kərimbəyli həm də ona görə enerjili, səmimi və içdən idi ki, o təbiətin rəngini daşıyırdı. Hər insanın bir də öz rəngi, öz enerjisinin rəngi olur. Nərmin xanımın enerjisini, içinin rənglərini gözəl şəkildə geyimlərində yansıda bilməsi, o qədər enerjik birinin səhnə geyimlərinin də zövqlə hazırlanması da ayrı diqqətimi çəkmişdi. Sonradan bildim ki, o bu işdə NYGYULateliyer çalışır. NYGYUL sahibi Gülnaz xanım başda olmaqla bütün komanda heyyəti də orada idi. Bu enerjik xanımın səhnədə özünü rahat hiss etməsi üçün, onun xarakterinə, təbiətinə uyğun hazırladıqları geyimləri ilə birgə onu tək qoymamışdılar.
Təqdimatda tanınmış simaları gördükcə, “o gələrsə, mən gəlmərəm” deyən adamları eyni məkanda gördükcə bir şeyi dərk etdim; Bu dünyanın mayasında səmimiyyət dayanır. Sən ki, özün oldun, səmimi oldun, ətrafın o səmimiyyətin işığına harada olsan gəlib yığışacaq, oduna isinəcəkdir... və Nərmin xanıma baxdıqca niyəsə bu cümlələr keçdi beynimdə; “Harada ki, əxlaq bədənlərə nəzarət mexanizmi kimi anlaşılır, dünyanın ən əxlaqsız beyinləri oradadır. Harada ki, əxlaq başa, beyinə nəzarət mexanizmi kimi başa düşülür, dünyanın ən əxlaqlı bədənləri də oradadır.”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar