Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Cəlil Məmmədquluzadənin Tiflisdəki ev-muzeyi bərpa olunur

Tarix: 24-02-2024 20:23     Baxış: 3148 A- / A+


   
Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasından 155 il ötür.
Manevr.az xəbər verir ki, böyük ədibin yubileyi ilə əlaqədar təkcə Azərbaycanda deyil, Gürcüstanda da müxtəlif işlər görülür, layihələr icra olunur. Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə böyük ədibin Tiflisdə yaşayıb yaratdığı evin bərpasına başlanılıb.
Ev-muzeyin himayədarı, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov Report-a müsahibəsində deyib ki, böyük ədib uzun illər Tiflisdə yaşayıb yaradıb və “Molla Nəsrəddin” jurnalının ilk sayını da məhz bu şəhərdə nəşr etdirib. “Qeyrət” mətbəəsi də bu evin zirzəmisində fəaliyyət göstərib. Ev-muzeyin ədibin 150 illiyinə qədər bərpa olunacağı gözlənilirdi. Tiflisdə səfərdə olan Azərbaycanın rəsmi nümayəndələri ev-muzeyə dəfələrlə baxış keçiriblər və məkanın təmir olunması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldırıblar. Binanın bərpası ilə əlaqədar səfirlik ilə Tiflis şəhər meriyası arasında danışıqlar aparılırdı. Sonda Tiflis şəhər meriyası ev-muzeyin bərpasına razılıq verib və hazırda binada bərpa işləri gedir. Bərpa işlərinə bu ilin fevral ayında başlanılıb. Hazırda binada özülbərkitmə işləri görülür. Sonra binanın otaqlarının divarlarında bərpa işləri aparılacaq.
Onun sözlərinə görə, ev-muzeyinə sadəcə olaraq birinci mərtəbə və zirzəmi hissə aiddir, bu da ümumi sahənin 180 kvadratmetrini təşkil edir. Qalan 180 kvadratmetri isə ikinci mərtəbədə yaşayan ailələrə məxsusdur. Binanın bərpasına ümumilikdə 350 min lari vəsait ayrılıb. Bunun da 3 faizi SOCAR-n Gürcüstan nümayəndəliyi tərəfindən ödəniləcək. Binada bərpa-bərkitmə işlərinin bu ilin avqust ayında başa çatdırılması nəzərdə tutulub. Bərpa-bərkitmə işləri başa çatdırıldıqdan sonra isə muzeyin təmirinə başlanılacaq. Muzeyin bərpası Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına həyata keçiriləcək.
Qeyd edək ki, ikiotaqlı muzey 200-dən çox yaşı olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Deyilənlərə görə, vaxtilə binanın hər iki mərtəbəsi Mirzə Cəlilə məxsus olub. Sonradan binada ailələr məskunlaşıb, birinci mərtəbədəki ikiotaqlı mənzil ev-muzeyi kimi qorunub saxlanıb. 1997-ci il oktyabrın 11-də həmin evdə C.Məmmədquluzadənin ev-muzeyi açılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar