Xəbər lenti
Təbrizin xalçaları toxunur ilmə-ilmə, hər toxunmuş xalçada tariximin izi var

TƏBRİZİN XALÇALARI
Təbrizin xalçaları toxunur ilmə-ilmə,
Hər toxunmuş xalçada tariximin izi var,
Naxışları dil açır, danışır kəlmə-kəlmə,
Nurani nənələrin şirin-şirin sözü var.
Hər toxunmuş xalçada tariximin izi var,
Naxışları dil açır, danışır kəlmə-kəlmə,
Nurani nənələrin şirin-şirin sözü var.
Təbrizin xalçaları möhtəşəm bir bəzəkdir,
Hər çeşninin öz səsi, hər çeşninin öz rəngi.
Adicə bəzək deyil, özü boyda çiçəkdir,
İnsan şövqlə yaradıb bu ovsunlu ahəngi.
Hər çeşninin öz səsi, hər çeşninin öz rəngi.
Adicə bəzək deyil, özü boyda çiçəkdir,
İnsan şövqlə yaradıb bu ovsunlu ahəngi.
Təbrizin xalçaları incədən də incədir,
Belə xalça yaratmaq müdriklərin işidir.
Füsunkar bir bağçadır, gülü qönçə-qönçədir,
İlhamlı sənətkarın mükəmməl vərdişidir.
Belə xalça yaratmaq müdriklərin işidir.
Füsunkar bir bağçadır, gülü qönçə-qönçədir,
İlhamlı sənətkarın mükəmməl vərdişidir.
Təbrizin xalçaları xalqımın sərvətidir,
Necə gözəl görünür... Günəşdən alıb işıq.
Halalca qazandığı şanıdır, şöhrətidir,
Saraylara bəzəkdir, muzeylərə yaraşıq.
Necə gözəl görünür... Günəşdən alıb işıq.
Halalca qazandığı şanıdır, şöhrətidir,
Saraylara bəzəkdir, muzeylərə yaraşıq.
Təbrizin xalçaları sirlər ilə doludur,
Diqqət etsən, duyarsan, naxışlarda həsrəti.
Diqqət etsən, duyarsan, naxışlarda həsrəti.
Xalqımızın əbədi müdriklik simvoludur,
Dil açanda ilmələr, hiss edərsən möhnəti.
Dil açanda ilmələr, hiss edərsən möhnəti.
Təbrizin xalçaları həm qiymətli, həm baha,
Toxunsa da Təbrizdə, dolanıbdır cahanı.
Min illərdir yol gedir, gələcəyə, sabaha,
Harda olsa tanıdır anam Azərbaycanı.
Toxunsa da Təbrizdə, dolanıbdır cahanı.
Min illərdir yol gedir, gələcəyə, sabaha,
Harda olsa tanıdır anam Azərbaycanı.

Coşqun XƏLİLOĞLU
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Azərbaycan Yazıçılar Birliyinin üzvü
28.06.2023.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar