Xəbər lenti
“Daha axşam da köhnəlib...” — Hikmət Nikbin
Hikmət Nikbin
***
...ağacın böyümək ağrısı vardı,
ovcunda saralan yarpaqlarının
dalıyca yürümək ağrısı vardı.
Tanrı, hanı bu ağacın qayıqları?
Qayıqların ayaqları sular hanı,
bahar hanı?
...buludlar bir azdan
sayıqlayacaq,
yenə,
yenə gözlərini qaraldıblar.
Dənizinsə gülür ovurdları...
Göy üzünə tökülü
barmaqlarımsa soyuqlayıb,
yağan qarın, illərin,
saç-saqqalın ağardıbdır ağacın...
...gəlirəm, gəlirəm — deyir otaqlar,
gedirəm, gedirəm — deyir ayaqlar.
Hamı gecələrə gəlir,
otaqlar da.
Hamı bir gecə gedir,
ayaqlar da.
Daha sular da köhnədir,
daha axşam da köhnəlib...
Şeirimdəki ağac
üz tuta indilərdə
quşlara-kölgələr fəslini
sevənlərə...
***
...tapa bilmirdi ovcunu,
barmaqlarını dəniz,
əllərini aparmışdı göy üzü,
sərmişdi buludları üstünə.
Ovunmurdu dişsiz stəkanlar da
qırdıqları göz yaşına,
dua etməyə qulaqları da yox...
Kiminsə əlləri bulaşıb günaha,
kimsə gizlədir əllərini arxasında,
mənimsə əllərim danışır:
— Küləklər əsir edə bilməmişdi
söndürsə də gözünün odunu...
Üzünün cizgilərisə sürgün edirdi
sahilə ləpələri...
Ay işığı,
batan Günəş,
ulduzların kölgəsi
evidir dənizin...
Burda qəriblik qürbətə yağır...
Göy üzündə yaşayırdı əllərim...
Adına ensin, ensin deyə ,
ağaclara sevinsin, sevinsin deyə
göy üzündən arzu daşıdı əllərim;
yerin yaşılı əllərim.
Məni bura bəxtim gətirmədi,
məni bura buludlar gətirdi,
ayağım, əlim gətirdi...
...yorulmuşdum özümdən,
özümdəki göyümdən.
Məni bura ölüm gətirdi...
...burda yağış da saata yağır,
burda ömür də saata yağır,
burda kömür də saatnan yanır,
burda yağır tüstü, göyə yağır,
burda saat da yağır.
O vaxtı
qanadıydı əllərim...
Qanadı dəyişdim əllərimə,
qanadı əllərim.
...külək, xəbər apar göy üzünə!
Nə olsun, nə olsun yerdən gözəldir?
Vallah, bu dünya da hərdən gözəldir!..
Niyə yağış çölümə yağır,
bunu, bunu bilmədim...
...torpaq, qucağın xeyir,
bu ömür də mənim olmadı.
Manevr.az
***
...ağacın böyümək ağrısı vardı,
ovcunda saralan yarpaqlarının
dalıyca yürümək ağrısı vardı.
Tanrı, hanı bu ağacın qayıqları?
Qayıqların ayaqları sular hanı,
bahar hanı?
...buludlar bir azdan
sayıqlayacaq,
yenə,
yenə gözlərini qaraldıblar.
Dənizinsə gülür ovurdları...
Göy üzünə tökülü
barmaqlarımsa soyuqlayıb,
yağan qarın, illərin,
saç-saqqalın ağardıbdır ağacın...
...gəlirəm, gəlirəm — deyir otaqlar,
gedirəm, gedirəm — deyir ayaqlar.
Hamı gecələrə gəlir,
otaqlar da.
Hamı bir gecə gedir,
ayaqlar da.
Daha sular da köhnədir,
daha axşam da köhnəlib...
Şeirimdəki ağac
üz tuta indilərdə
quşlara-kölgələr fəslini
sevənlərə...
***
...tapa bilmirdi ovcunu,
barmaqlarını dəniz,
əllərini aparmışdı göy üzü,
sərmişdi buludları üstünə.
Ovunmurdu dişsiz stəkanlar da
qırdıqları göz yaşına,
dua etməyə qulaqları da yox...
Kiminsə əlləri bulaşıb günaha,
kimsə gizlədir əllərini arxasında,
mənimsə əllərim danışır:
— Küləklər əsir edə bilməmişdi
söndürsə də gözünün odunu...
Üzünün cizgilərisə sürgün edirdi
sahilə ləpələri...
Ay işığı,
batan Günəş,
ulduzların kölgəsi
evidir dənizin...
Burda qəriblik qürbətə yağır...
Göy üzündə yaşayırdı əllərim...
Adına ensin, ensin deyə ,
ağaclara sevinsin, sevinsin deyə
göy üzündən arzu daşıdı əllərim;
yerin yaşılı əllərim.
Məni bura bəxtim gətirmədi,
məni bura buludlar gətirdi,
ayağım, əlim gətirdi...
...yorulmuşdum özümdən,
özümdəki göyümdən.
Məni bura ölüm gətirdi...
...burda yağış da saata yağır,
burda ömür də saata yağır,
burda kömür də saatnan yanır,
burda yağır tüstü, göyə yağır,
burda saat da yağır.
O vaxtı
qanadıydı əllərim...
Qanadı dəyişdim əllərimə,
qanadı əllərim.
...külək, xəbər apar göy üzünə!
Nə olsun, nə olsun yerdən gözəldir?
Vallah, bu dünya da hərdən gözəldir!..
Niyə yağış çölümə yağır,
bunu, bunu bilmədim...
...torpaq, qucağın xeyir,
bu ömür də mənim olmadı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar