Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin olunub

Tarix: 01-02-2024 21:10     Baxış: 3167 A- / A+
Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, bundan sonra teatrın direktoru vəzifəsini Samir Şəfiyev icra edəcək.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Şəfiyev Samir Nizaməddin oğlu 1981-ci il sentyabr ayının 7-də Sumqayıt şəhərində doğulub. O, 2003-cü ildə Əlibəy Hüseynzadə adına Azərbaycan Dövlət İncəsənət Universitetinin Rejissorluq  fakültəsini bitirib. Bir çox görkəmli sənətkarlardan, habelə mərhum teatr rejissoru, Azərbaycanın Xalq artisti Azərpaşa Nemətovdan dərs alıb. 

S.Şəfiyev 2006-2009-cu illərdə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında rejissor assistenti, daha sonra rejissor vəzifələrində çalışmaqla, bir neçə tamaşanın rejissoru və quruluşçu rejissoru kimi fəaliyyət göstərib.

2009-cu ildə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən Sumqayıt şəhər 4 saylı kluba müdir vəzifəsinə təyin olunub. 2012-ci ildən N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Evinin, 2015-ci ildən bugünədək isə N.Nərimanov adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində  çalışıb.

Sumqayıt şəhərində təşkil olunan bir sıra mədəni-kütləvi tədbirlərin ssenari müəllifi və rejissoru kimi fəaliyyət göstərib.

Bir neçə il Rusiya Federasiyasında  və Türkiyə Respublikasında keçirilən  beynəlxalq festivallarda iştirak edib və müxtəlif diplomlara layiq görülüb. Çalışdığı illər ərzində səmərəli fəaliyyətinə görə Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla təltif olunub. 

Xatırladaq ki, S.Şəfiyev mərhum kinoaktyor, Əməkdar artist Səyavuş Şəfiyevin və Əməkdar mədəniyyət işçisi, mərhum Gülçöhrə Şəfiyevanın nəslindəndir.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar