Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaq incəsənət və musiqi məktəblərində hesabat konsertləri keçirilib -FOTOLAR

Tarix: 01-06-2017 10:59     Baxış: 3612 A- / A+
Uşaq incəsənət və musiqi məktəblərində hesabat konsertləri keçirilib


Manevr.az-a verilən məlumata görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində hesabat konsertləri və “Not bayramı”ı keçirilib.

Şuşa rayon Xəlfəli kənd musiqi məktəbində keçirilən hesabat konsertində məktəbin xor kollektivi, saz və tar sinfi şagirdlərinin, o cümlədən, fortopiano sinfinin şagirdi Humay Nəbiyevanın ifaları dinlənilib. Daha sonra Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov, idarənin Şuşa rayon nümayəndəliyinin baş məsləhətçisi Zahid Abbasov çıxış edərək şagirdləri təbrik edib, xoş arzularını çatdırıblar. Sonda 2016-1017-ci tədris ilində fərqlənən müəllim və şagirdlər fəxri fərmanla təltif olunublar.

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində 1 iyun Uşaqların Beynəlxalq Múdafiə Gúnú ilə əlaqədar, birincilərin "Səhnəyə ilk addım" adlí konserti keçirilib. Konsertdə şagirdlərin ifasında Azərbaycan, rus və avropa bəstəkarlarının əsərləri səslənib. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbində
keçirilən hesabat konsertində məktəbin şagird və müəllimlərinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Konsertdə klassik əsərlərlə yanaşı xanəndələrin ifasında vətənpərvərlik ruhunda mahnılar da dinlənilib.

S.Rüstəmov adına uşaq incəsənət məktəbində I siniflərin not bayramı keçirilib. Tədbirdə məktəbin fortepiano sinfinin şagirdlərinin ifaları dinlənilib. Konsertdə məktəbin şagirdləri Şəmsiyyə İsgəndərlinin ifasında (fortopiano) Xyereskonun "Balaca pişik", Fidan Mirzəyevanın ifasında Rus xalq rəqsi, Leyla İsmayılovanın ifasında T.Quliyevin "Laylay", Sədaqət Bəkirlinin ifasında Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasından parça, Fidan Balamiyevanın ifasında M.Əhmədovun "Zarafat" və s.musiqi nömrələri ifa olunub.

F.Əmirov adına uşaq musiqi məktəbində birincilərin not bayramı və “Uşaqların Beynəlxalq Müdafiəsi günü“nə həsr olunmuş “Mən sülh istəyirəm” adlı bayram konserti keçirilib. Tədbirdə məktəbin birinci sinif şagirdləri: violində Rəvan Məmmədov və fortepianoda Aliyə Piriyevanın müşayiəti ilə “Timsah Genanın mahnısı”, Firuzə Cəlil (violin), Məmmədhüseyn Məmmədovun ifasında (klarnet) konsertmeyster Səbinə Yusubovanın fortepianoda müşayiəti ilə “Solomio”, Aysu Səfərofanın ifasında (kamança) Tofiq Quliyevin “Vals”, Nuray İslamovanın ifasında (tar) F. Əmirovun “Quşlar”, Şəhriyar Ələkbərovun ifasında (qarmon) Qafqaz xalq rəqsi “Ləzginka”, birinci siniflərin xor kollektivinin ifasında E.Sabitoğlunun “Sıravi Əhməd”, Y.Krılatovun “Krılatıye kaçeli” mahnıları və s. tamaşaçılar tərəfindən maraqla dinlənilib. Sonda məktəbin direktoru Vasif Heydərov uşaqları bayram münasibəti ilə təbrik edib, səhnədə ilk addımlarının davamlı və uğurlu olmasını arzulayıb.

Məktəbin hesabat konsertində müəllim və şagird kollektivinin çıxışı dinlənilib. Konsertdə xalq mahnıları, Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunub.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


Uşaq incəsənət və musiqi məktəblərində hesabat konsertləri keçirilib
Uşaq incəsənət və musiqi məktəblərində hesabat konsertləri keçirilib
Uşaq incəsənət və musiqi məktəblərində hesabat konsertləri keçirilib
Uşaq incəsənət və musiqi məktəblərində hesabat konsertləri keçirilib
Uşaq incəsənət və musiqi məktəblərində hesabat konsertləri keçirilib
Uşaq incəsənət və musiqi məktəblərində hesabat konsertləri keçirilib
Uşaq incəsənət və musiqi məktəblərində hesabat konsertləri keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar