Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aygün Bəylərə Xalq artisti adı niyə verilməyib? - Əbülfəs Qarayev AÇIQLADI

Tarix: 10-01-2024 13:54     Baxış: 4212 A- / A+


Əməkdar artist Aygün Bəylərin vəfatından sonra sosial şəbəkələrdə ona Xalq artisti fəxri adının verilməməsi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri bu məsələdə keçmiş nazir Əbülfəs Qarayevi günahlandırıblar.
Manevr.az bildirir ki, cəmiyyətdə ciddi müzakirələrə səbəb olan bu məsələ ilə bağlı manset.az Əbülfəs Qarayevlə əlaqə saxlayıb. O, açıqlamasında Aygün Bəylərə Xalq artisti fəxri adının verilməməsində müəyyən səbəblərin olduğunu bildirib:
"Aygün Bəylər istedadlı və mənim hörmət etdiyim musiqiçi idi. O bütün tədbirlərdə fəal iştirak edirdi. Adın verilməsi mənim yadımda deyil. Amma mən ona böyük hörmətlə yanaşırdım. Allah ona rəhmət eləsin! Ona Xalq artisti adının verilməsinə gəldikdə, hər şeyin qanunu və vaxtı var. Mən ona hansı ad verməliydim ki? Ona Əməkdar artist adı verilmişdi, Xalq artisti adının verilməsi üçün müəyyən vaxt keçməliydi. Bir ad alandan sonra ikinci ad almaq üçün zaman keçməlidir. Onun da yəgin ki, hansısa səbəbləri olub."

Əbülfəs Qarayev həmin o səbəbləri açıqlamaq istəməyib. Sabiq nazir Bakıda olmadığına görə, mərhum sənətkarın dəfnində iştirak etmədiyini bildirib.
Qeyd edək ki, Əbülfəs Qarayev açıqlamasında fəxri adların (Əməkdar, Xalq) verilməsində biri ilə digərinin arasında müəyyən qədər vaxt keçməsi lazım olduğunu bildirib. Aygün Bəylərə 2002-ci ildə Əməkdar artist fəxri adı verilib. Əbülfəs Qarayev mədəniyyət naziri vəzifəsindən 2020-ci ildə azad edilib. O zaman bu məsələdən artıq 18 il vaxt ötmüşdü.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar