Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Hərdən düşünürəm ki, onu musiqiyə nahaq gətirdim...” ŞƏKİL

Tarix: 08-01-2024 12:52     Baxış: 4206 A- / A+



"Deməyə söz tapmıram. Biz ən böyük sənətçilərimizdən birini itirdik. Bizi çox tez tərk etdi".
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylərlə vida mərasimində Əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib.
O, Aygün Bəylərlə bağlı xatirələrini dilə gətirib: "Aygünün ilk addımlarından yanında olmuşam. Hərdən düşünürəm ki, onun xəstəliyi yaşadığı həyatdan olubsa, bəlkə, onu musiqiyə nahaq gətirdim. İnsanın başına min cür fikirlər gəlir. Ona da, bizə də çox heyif oldu. Bizim onunla çox böyük layihələrimiz var idi. Bir qismini həyata keçirmişdik, bir qismini yox.
Aygünlə bağlı hər şey xatirədir. O heç kimə bənzəmirdi. Aygün daxilən çox azad adam idi, ipə-sapa yatmayan adam idi. Ona görə də elə yaxşı oxuyurdu. Onun sənəti daxili azadlığından irəli gəlirdi. Bu da onun başına bəla olurdu. Bax belə bir həyat yaşadı. Heç kimə tabe olmayan, öz həyatı ilə yaşamaq istəyən, amma ətrafda bir çox ona mane olan amillərin içində keçdi ömrü. Son dəfə 10 gün əvvəl konsertində iştirak etdim. Xəstə olduğunu bilirdik. Səhnədə çox mərd dayandı. Hərdən tərləyirdi, ağrıları var idi".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar