“Ömrün bir anı” rubrikasında məşhurların həyatında baş vermiş maraqlı məqamlardan bəhs edir. Bu dəfə Xalq artisti Rasim Balayevin danışdığı bir xatirəni təqdim edirik.
Rasim Balayevi bir dəfə telekanallardan birinə, hansısa proqrama qonaq kimi dəvət ediblər. Televiziyanın həyətinə öncədən mühafizəçilərə təqdim edilmiş yazılı xəbərdarlıq olmadan girmək mümkün deyilmiş, Rasim Balayevin gələcəyi barədə mühafizəçilərə xəbər vermək isə yaddan çıxıbmış.
Mühafizəçi Rasim Balayevi tanımayıb və içəri buraxmaq istəməyib.
“A bala, məni tanımadın. Nəsimi, Babək, Beyrək. Yadına sal da”.
Rasim Balayev bir neçə dəqiqə gözlədikdən sonra içəriyə zəng edib, rejissorun köməkçisi qaça-qaça qapıya gəlib, Rasim Balayevi içəri keçirir, o keçəndən sonra qapıçıya əsəbiləşir: “Niyə buraxmırsan, Xalq artistidir, Rasim Balayevdir”.
Həmin şəxs laqeyd şəkildə cavab verib: “Dəlidir, nədir, bayaqdan gah deyir Babəkəm, gah deyir Nəsimiyəm, gah deyir Beyrəkəm, indi də deyir Rasiməm?”lent.az
Xəbər lenti
Rasim Balayevi tanımayıb, televiziyaya buraxmayan kim olub?

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar