Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Deputat olmaq istəyərəm" - Xalq artisti

Tarix: 12-12-2023 18:08     Baxış: 4205 A- / A+


"Deputat olmaq   istəyərəm" - Xalq artistiXalq artisti Ağadadaş Ağayev APA TV-yə müsahibə verib.
Manevr.az-ın xəbərinə görə, indi təqdim olunan mahnıları ötən illərin mahnıları ilə müqayisə edən sənətkar bildirib ki, müğənni səhnəyə çıxanda tamaşaçıya “şapalaq vurmağı bacarmalıdır. “Əgər şapalağı vura bilmədinsə, tamaşaçı səni vuracaq”, - o bildirib.
 “Mən hələ 80-ci illərdə  toylara efir səviyyəsini gətirmişəm. Ansamblımda bütün alətlərin səsi sinxron eşidilirdi. Niyamməddin Musayev, bir də mən orkestrlə oxumuşuq. Toylarda çox zaman canlı oxumağımıza inanmırdılar. Efirdə necə oxuyurdumsa, toyda da elə oxuyurdum. Deyirdilər, niyə özünü yorursan? Müğənnilərin çoxu toydan qazansa da, toyu yola verir”, - qeyd edib.

O bir zamanlar  Azərbaycan televiziyasında müəllif proqramının olmasından, sonralar keçmiş sədr Arif Alışanovun vaxtında xarakterləri uymadığına görə həmin verilişdən imtina etməsindən də danışıb.
“Mənimki odur, sözüm olanda kişi kimi üzə deyim. Nəyisə qəbul eləmirəmsə, orda işləyə bilmərəm. Az.TV-dən getdim. 1999-cu ildə Türkiyədən təklif alıb orada da veriliş hazırlamışam”, - o vurğulayıb.
 Xalq artisti əgər xalq layiq bilərsə, deputat kimi fəaliyyət göstərməkdən məmnun olacağını bildirib.
“Bir  dəfə belə söhbət yayılmışdı ki, deputat seçilmək istəyirəm. Onda xəbərim olmamışdı. Amma indi deputat olmaq istəyərəm. Yaşıma və imkanlarıma görə paralel xidmətim olsa, bunun öhdəsindən gələrəm. Xalqıma sevə-sevə xidmət edərəm. Düşünürəm ki, hələ yetərli qədər xidmət edə bilməmişəm” - Ağayev qeyd edib.
Müğənni sənətinə görə illərlə pəhrizdə yaşadığını da söyləyib:
“25 il gözümün qabağında hamı hər şeyi yeyib, mən baxmışam. Qorxurdum ki, yeyəndən sonra səsim yaxşı çıxmaz. Ayın 30 günü toyda olurdum. Ölməmək üçün yeyirdim. 30 il pəhriz ilə yaşamışam. İndi bunu yenidən edə bilərəmmi? Bilmirəm. 64 kiloqram çəkim vardı. İndi 100 kilodan çoxdur”.  

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar