Xəbər lenti
“Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı “Bura mənim evimdir” sənədli filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, ictimai fəallar, məcburi köçkünlər iştirak ediblər.
Film Amerikada doğulub boya-başa çatmış Ceyhun Qarabağlı adlı gəncin baba yurduna - Cəbrayıl rayonunun Süleymanlı kəndinə səfərindən və oradakı yaşantılarından bəhs edir. Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov filmin 44 günlük Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümünün qeyd olunan bir vaxtda, həmçinin Heydər Əliyev ilində ictimaiyyətə təqdim olunmasını əlamətdat hadisə kimi səciyyələndirib. Ulu Öndərin arzularının gerçəkləşdiyi, işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı vurğulanıb. Bildirilib ki, daim dövlətin diqqət və qayğısı ilə əhatə olunan məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı başlanıb. Qarabağ və Şərqi Zəngəzura geri dönən məcburi köçkünlər üçün rahat həyat şəraitinin yaradılması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.
Qeyd edilib ki, Ceyhunun səfər təəssüratını filmə çevirmək və bir vətənpərvərlik hekayəsi kimi həm öz cəmiyyətimizə, həm dünya ictimaiyyətinə təqdim etmək ideyası onun Azərbaycana, irsən bağlı olduğu, amma indiyədək görmədiyi doğma kəndinə munis münasibətindən qaynaqlanıb. Bu münasibət bizim bir millət, xalq kimi ən mühüm özəlliyimizdir. Ceyhun və onun həmyaşıdları Qarabağın, Şərqi Zəngəzurun, ümumilikdə
Azərbaycanın gələcəyi üçün çalışmağa, xalqımızın və dövlətimizin inkişafına xidmət göstərməyə daim hazırdırlar və bu, xalqımızın azadlıq mübarizəsinin, milli dirçəlişimizin nailiyyətidir.
Filmin qəhrəmanı Ceyhun Qarabağlı isə çıxışında deyib ki, ABŞ-ın Nyu-Cersi ştatında anadan olsa da, ürəyi həmişə babasının doğulduğu Cəbrayıl rayonunun Süleymanlı kəndinə bağlı olub. Bu səfər bir fərdin deyil, iki dünya, iki mədəniyyət və iki ev arasında körpünün nümayəndəsinin səfəridir.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərin işğaldan azad edilməsi mənim kimi uzaqda yaşayan insanların yenidən ata-baba yurduna qovuşmasına imkan verib,” – deyən amerikalı həmyerlimiz Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçmiş şəhidlərin ruhuna ehtiramını bildirib, onların ailələrinə və qazilərə təşəkkür edib.
Film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar