Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcər haqqında yeni mahnı - VİDEO

Tarix: 18-11-2023 11:12     Baxış: 3354 A- / A+
Doğma Kəlbəcərimiz özünün füsunkar təbiəti  ilə həmişə məşhur olmuşdur. Kəlbəcərin təbiətinin gözəllikləri barədə neçə-neçə şeirlər və mahnılar yazılmışdır. 
Bu günlərdə Dünya TV  kanalında  ilk dəfə yayımlanan “Kəlbəcərliyəm” mahnısı da Kəlbəcərimizin gözəlliklərinə və füsunkarlığına həsr olunmuşdur. Sözləri və musiqisi  Hüseyn Muxtaroğluna, aranjemanı Elnur Cəbiyevə məxsus olan mahnının ifaçısı həmyerlimiz, müğənni Şəbnəm Faiqqızıdır.   Kəlbəcər şəhərində doğulan Şəbnəm Faiqqızı beş yaşında olanda doğma yurdumuz  mənfur düşmənlərimiz tərəfindən işğal olunmuş, onun ailəsi həmin vaxtdan indiyədək Sumqayıt şəhərində  məskunlaşmışdır. Sumqayıtdakı 24 saylı  tam orta məktəbin dördüncü  sinfində oxuyarkən valideynləri Şəbnəmin musiqiyə olan həvəsini nəzərə alaraq onu Qubadlı Musiqi Məktəbinin muğam şöbəsinə qoyurlar. Şəbnəmin ilk musiqi müəllimi Sevər Quliyeva ona muğam sənətini daha da sevdirir və muğamın sirlərini öyrədir.  Orta məktəbi bitirdikdən sonra Sumqayıt Musiqi Kollecinə daxil olan Şəbnəm Faiqqızı orada tanınmış müğənni , Respublikanın Xalq Artisti  Zabit Nəbizadədən muğamın sirlərini öyrənmişdir. Şəbnəm Faiqqızı bir müddət Corat mədəniyyət evində çalışmışdır. Şəbnəm Faiqqızı  müğənni kimi fəaliyyət göstərdiyi dövrdə  dəfələrlə müxtəlif bölgələrdə hərbi hissələrdə əsgər və zabitlərimiz qarşısında  konsertlər vermiş, mədəni- kütləvi tədbirlərdə iştirak etmiş , dəfələrlə fəxri-fərmanlar və diplomlarla təltif olunmuşdur. O, həmişə kəlbəcərli olmağı ilə fəxr edir.   Şəbnəm xanımın ən böyük arzusu doğma yurdumuz Kəlbəcərdə məskunlaşmaq və orada yaşayan kəlbəcərlilər qarşısında konsert verməkdir. Biz də həmyerlimizə yeni-yeni uğurlar arzulayırıq.                        

Oqtay Salahlı,
Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar