Xəbər lenti
Nazilə Gültacın "Şəhid atası" kitabı nəşr edilib
Tanınmış şair Nazilə Gültacın "Şəhid atası" kitabı bu günlərdə "Elm və təhsil" nəşriyyatında işıq üzü görüb.
Kitabda toplanmış hekayələr və "Şəhid atası" povestini oxuyana qədər Nazilə xanımın şeirləri ilə tanış idim, onun nəsr yazacağını təsəvvür eləmirdim. Kitab mənim üçün sürpriz oldu. Kitabdakı nəsr nümunələri maraqlı süjeti, gerçək məzmunu, həyati problematikası ilə oxucunu düşündürür, xeyirxahlığa səsləyir. Həcmcə o qədər də böyük olmayan bu hekayələr uzun illərdən bəri həkim işləyən müəllifin böyük şəfqət duyğuları ilə yazılıb. "Şəhid atası" povesti arxa cəbhə insanlarının övlad itkisindən doğan ölçüyəgəlməz ağrısından, təvazökarlığından danışır. Ən yaxşı cəhəti odur ki, N.Gültac gerçəkliyə güzəştə getmir, əsərin nə məzmunu, nə dili, nə də ideyasında saxta vətənpərvərlik demoqogiyasına, bayağı qəhrəmanlıq ritorikasına getmir, şəhidi də, onun ailə üzvlərini də necə varsa, elə, bəzək-düzəksiz təsvir eləməyə, şəhadətin təkcə ön cəbhə deyil, həm də arxa cəbhədə olduğunu göstərməyə çalışır və və buna uğurla nail ol bilir. Amma, zənnimcə, bu sadəcə ilk addmdır. İnanıram ki, Nazilə xanımın nəsr sahəsindəki daha həcmli işləri hələ qarşıda onu gözləyir. Müəllifi ilk nəsr kitabının işıq üzü görməsindən dolayı bütün dostlar adından ürəkdən qutlayır, ona gələcək işlərində başarıalr diləyirəm.
Əsəd Cahangir

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar