Xəbər lenti
Qənirə Paşayevaya həsr edilən film çəkilə bilər

Türkiyədə mərhum deputat Qənirə Paşayevaya həsr edilən film çəkilə bilər.
Manevr.az xəbər verir ki, bu barədə III “Korkut Ata” Türk Dünyası Film Festivalının Zirvə görüşündə Türkiyənin "35mm stüdyo hizmetleri" şirkətinin rəhbəri Ahmet Edebali deyib.
O bildirib ki, filmin ssenarisi demək olar hazırdır:
"Əgər film çəkilsə, deputat Qənirə Paşayevadan və onun daima danışdığı Qarabağdan və haqlı savaşından bəhs ediləcək. Çünki türk dünyası Qarabağ savaşını və onun haqlı olduğunu daha çox Qənirə xanımın dilindən eşidib. Biz bütün bunları ekran işində əks etdirmək istəyirik. Bilirsiniz ki, Qənirə xanımın bacısı Türkiyədə yaşayır və onunla da əlaqə saxlanılacaq. Əgər onun razılığı və Mədəniyyət Nazirliyinin dəstəyi də olarsa filmi çəkmək istəyirik".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar