Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Çağdaş Bütöv Azərbaycan” antologiyasının təqdimatı keçirilib

Tarix: 28-09-2023 16:15     Baxış: 3578 A- / A+
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi “Ədəbiyyatda Cənubi Azərbaycan görüşləri adlı tədbirlərin təşkili” layihəsi əsasında “Çağdaş bütöv Azərbaycan” adlı poeziya antologiyası nəşr olunub. 
Sentyabrın 27-də Azərbaycanda Atatürk Mərkəzində antologiyanın təqdimat mərasimi keçirilib.
Layihənin müəllifi və kitabın tərtibçisi “Türk Dünyası İnfo” İB-nin sədri, AYB İdarə Heyətinin üzvü Dəyanət Osmanlı  bildirib ki, Bu gün Azərbaycan dövləti dünya azərbaycanlıların həmrəylik, vətənpərvərlik hüquq və azadlıqlar, təhlükəsizlik məsələlərinə diqqətlə yanaşır. Xarici ölkələrdə, eləcə də Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizin qoruyub-saxlanılması, azərbaycançılıq ideyalarına sadiq olmaları, vətənləri ilə əlaqələrinin möhkəmlənməsi ictimai, ideoloji imkanlar vardır. Bu layihə çərçivəsində Dövlətimizin milli-mənəvi irsimizə, mədəniyyətimizə, ədəbiyyatımıza göstərdiyi ciddi dəstəyi əsas götürərək, Azərbaycanın bütövlüyü kontekstində çağdaş ədəbi-mədəni proseslər nəzərdən keçirmiş, ortaq mövzulu bir sıra poetik nümunələri dilimizə uyğunlaşdıraraq antologiya halında çap etmişik. 
Tədbirdə Atatürk Mərkəzinin müdir müavini Osman Musayev, BDU-nun kafedra müdiri, şair Knyaz Aslan, şairlərdən Rəşid Faxralı, Nazim Əhmədli, Avdı Qoşqar, İbrahim Yusifoğlu, Paşa Babəkərli, Musa Aslanxanlı, Azadə Novruzova, Elmira Aslanxanlı Turan, Süleyman Abdulla, Həzi Həsənli, Nazim Şah və başqaları layihənin ictimai aktuallığını xüsusilə vurğulamış, təqdim olunan antolagiyanın ideya-məzmun, səviyyə baxımından müasir ədəbiyyatımıza yeni tohfə olduğunu qeyd etmişlər
Bildirilmişdir ki, antologiyada otaylı, bu taylı Azərbaycan, Qərbi Azərbaycan, Özbəkistan, Rusiya (Dərbənd), Gürcüstan (Borçalı) da daxil olmaqla, ümumilikdə 54 tanınmış müəllifin əsərlərindən nümunələr yer almışdır. Poetuk mətnlərdə Azərbaycan insanının vətənçilik, müstəqillik, birlik, azadlıq duyğuları, dil, mədəniyyət, təhsil haqlarını, milli-mənəvi dəyərlərimizin yaşadılmasını ifadə edən fikirlər əks olunub. Bu mənada, ədəbiyyat vasitəsi ilə həmrəylik, bütövlük ideyalarının təbliğinin milli bağlara əsaslanan ədəbi-mədəni düşüncə birliyi dayanır. 
Qeyd edək ki, kitabın məsləhətçisi akademik, millət vəkili Nizami Cəfərov, ön sözün müəllifi Dr. Hüseyn Şərqidərəcək Soytürk, redaktor  filologiya üzrə fəlsəfə doktoru, Atatürk Mərkəzinin şöbə müdiri İlahə Abdullayevadır. Nəşrin kitabxanalara, müəlliflərə, yazarlara və gənclərin daha çox təmsil olunduğu müxtəlif auditoriyalara, QHT nümayəndələrinə paylanıılması nəzərdə tutulub.  
 
Tel: 050 3515470 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar