Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanı şair Rusiyanın keçirdiyi Beynəlxalq Forumda iştirak edib

Tarix: 26-09-2023 12:56     Baxış: 31 196 A- / A+
Rusiya Federasiyasının keçirdiyi Beynəlxalq Forumda Azərbaycanı tanınmış şair Xatirə Fərəcli təmsil edib.
O, həmin tədbirə Dağıstanın Xalq şairi Rəsul Həmzətovun 100 illik yubileyi münasibətilə keçirilən ədəbi müsabiqənin qalibi kimi dəvət olunmuşdu Sovet dövründə “Mənim Dağıstanım” əsəri və milli koloritli şeirlərilə milyonlarla oxucunun dərin rəğbətini qazanaraq, geniş şöhrət tapmış Rəsul Həmzətovun yubiley komissiyası hələ iki ay əvvəl şairə həsr edilmiş esse müsabiqəsi elan etmişdi. Fərəhli haldır ki, Rusiyanın və digər ölkələrin, o cümlədən Dağıstanın ədəbi nümayəndələrinin iştirak etdiyi həmin beynəlxalq müsabiqənin qalibi “Dağıstan günəşi” adlı maraqlı xatirə essesi ilə Azərbaycan şairəsi, Yazıçılar Birliyinin üzvü Xatirə Fərəcli müsabiqənin qalibi hesab edilmiş və bugünlərdə Rusiya Federasiyasının IX Parlament Forumunun Rəsul Həmzətovun yubileyi münasibətilə Dağıstan Respublikasının paytaxtı Mahaçqalada keçirilən yubiley tədbirinə Azərbaycandan yeganə nümayəndə olaraq dəvət edilmişdi.  Mahaçqalanın Rəsul Həmzətov adına Milli Kitabxanasında “Rusiyanın tarixi-mədəni irsi” adı altında təşkil edilmiş mötəbər Forumda Rusiya Dumasının Federasiya Şurası sədrinin beynəlxalq məsələlər üzrə birinci müavini Vladimir Cabbarov və sədr müavini Konstantin Kosaçov, Federal Agentliyin milli məsələlər üzrə rəhbəri İqor Barinov, Dağıstanın Milli məsələlər və dini işlər üzrə naziri Enrik Müslümov, həmçinin dövlət orqanlarının, elmi və ekspert cəmiyyətlərinin, Rusiyanın ənənəvi dini konfessiyalarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, İrandan, Özbəkistandan, Tacikistandan, Tatarıstandan və digər ölkələrdən olan qonaqlar iştirak etmişlər. Tədbirdə Xəzəryanı ölkələrin dünya iqtisadiyyatına, elm və texnikasına, mədəniyyətinə və ədəbiyyatına verdiyi töhfələrdən, o cümlədən Dağıstanın Xalq şairi Rəsul Həmzətovun bəşəriyyəti birliyə, sülhə səsləyən poeziyasından, həmçinin ürəkləri riqqətə gətirən mahnı qoşulmuş məşhur “Durnalar” şeirindən söhbət açılmışdır. Plenar yığıncaqda tədbirin 20-yə qədər  iştirakçısının, o cümlədən Azərbaycan nümayəndəsi, Sumqayıt “Zərif” Qadın ədəbi məclisinin sədri Xatirə Fərəclinin çıxışları böyük maraq və rəğbətlə qarşılanmışdır. Yubiley tədbiri Rusiyanın müxtəlif vilayətlərinin folklor ansambllarının, tanınmış müğənnilərinin və rəqs kollektivlərinin geniş konsert proqramı ilə başa çatmışdır. 

Manevr.az
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar