Xəbər lenti
Azərbaycanlı aktyor direktora səsləndi: 1000 kərə ayıb olsun!
Azərbaycan pantomim aktyoru, Xalq artisti Pərviz Məmmədrzayev İrəvan Dövlət Teatrının direktoru İftixar Piriyevin Mədəniyyət Nazirliyinin əməkdaşı, Teatr sektorunun müdiri Vəfa Novruzovanı təhqir etməsinə kəskin reaksiya verib.
Manevr.az xəbər verir ki, aktyor direktor haqqında bu sözləri yazıb: “Bu gün şəxsiyyətinə çox hörmət etdiyim bir insanın ünvanına yazılmış nalayiq sözlərin şahidi oldum. Amma həmin sözləri yazıb paylaşan adama “ayıb olsun” demək istəyirəm. İftixar Piriyev, 1000 kərə ayıb olsun. Belə şərhlər yazmaq, belə paylaşımlar etmək sizə heç də ucalıq gətirmir. Özünüz yazdıqlarınızı bir də oxusanız, kimin konflikt yaratdığını, kimin sözbaz olduğunu aydın şəkildə görərsiniz. İnsanın valideynini, şəxsiyyətini aşağılamağı sizə kim haqq verib? Öz valideyninə hörmət edən insan başqasının valideyni haqqında pis danışmaz. Haqqında nalayiq danışdığınız insanı şəxsən 89-cu ildən tanıyıram və bu illər ərzində bir dəfə də olsun onun haqqında pis söz eşitməmişəm. Hindlilərın gözəl bir deyimi var: "İnsanı tanımaq istəyirsənsə, ona toxun. Çünki insan qab kimidir, içi nə ilə doludursa, onu da səpələyəcək". Başqa bir müdrik deyim də var: "İnsan dilinin altında gizlənib". Yəqin ki, bu sözlər sizə heç nə deməyəcək, amma sizin şərhlərinizi oxuyan insanlar çox şeyi aydın şəkildə görəcəklər”, - deyə o söyləyib.
Qeyd edək ki, teatrın direktoru Mədəniyyət Nazirliyində Baş məsləhətçi və teatr sektoru üzrə kurator işləyən Vəfa Novruzovanın şəxsiyyətini təhqir edib.(ölkə.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar