Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Muzeylər günü münasibətilə silsilə tədbirlər keçirilib - FOTOLAR

Tarix: 19-05-2017 11:28     Baxış: 3766 A- / A+
Muzeylər günü münasibətilə silsilə tədbirlər keçirilib


Manevr.az xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Muzeylər günü münasibətilə silsilə tədbirlər keçirilib.

Sumqayıtın Tarixi Muzeyində Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi birgə əməkdaşlıq çərçivəsində mərkəzdə fəaliyyət göstərən “Təsviri incəsənət” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgisi təşkil olunub. “Sumqayıtın Tarixi Muzeyi məktəblilərin gözü ilə” sərlövhəsi altında ziyarətçilərə təqdim olunan sərgidə gənc rəssamların muzeylə tanışlığı nəticəsində diqqət çəkən məqamlar öz əksini tapıb, onların şəxsi maraqları sərgidə yer alan rəngkarlıq nümunələrində tam mənası ilə açılıb.

Abşeron rayon Tarix-Diyarşünaslıq muzeyində Xırdalan şəhər orta məktəbin şagirdləri, mədəniyyət müəssisələrinin kollektivləri, tələbələr, abşeronlu şairlər, və digər qonaqların iştirakı ilə düzənlənən tədbirdə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Abşeron rayon üzrə nümayəndəsi İlham Manafov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cəmilə Kərimova və başqaları çıxış ediblər. Şairlər Nurəddin Mirzəxanlı, Məlahət Yusifqızı, Xaliq Laçınlı, Səmayə Güləliqızının ifalarında vətənpərvər ruhlu şeirləri dinlənilib, muzey eksponatları haqqında məlumat verilib.

Qubadlı rayon Tarix-diyarşünaslıq muzeyində keçirilən tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Cavidan Mirzəyev, Sumqayıt şəhər Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçiləri Eldar Hüseynov və Bayram Cəfərli, Qubadlı rayon Mədəniyyət müəssisələrinin əməkdaşları və digər qonaqlar iştirak ediblər. Tədbirdə muzeyin tarixi ilə bağlı məruzə dinlənilib, video-çarx nümayiş olunub.

Daha sonra qonaqlar çıxış edərək muzey əməkdaşlarını təbrik edib, xoş arzularını çatdırıblar. Sonda qonaqlara Beynəlxalq Muzeylər Günü ilə bağlı təşkil olunmuş sərgidə nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verilib.

Zəngilan rayon Tarix-diyarşünaslıq muzeyində də sərgi təşkil olunub. Sərgidə Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Zəngilan rayon üzrə nümayəndəsi Mehman Nəsirli və mədəni-maarif müəssisələrinin kollektivləri, rayon ictimaiyyəti istirak edib. Ziyarətçilərə rayonun tarixi və nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verilib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


Muzeylər günü münasibətilə silsilə tədbirlər keçirilib
Muzeylər günü münasibətilə silsilə tədbirlər keçirilib
Muzeylər günü münasibətilə silsilə tədbirlər keçirilib
Muzeylər günü münasibətilə silsilə tədbirlər keçirilib
Muzeylər günü münasibətilə silsilə tədbirlər keçirilib
Muzeylər günü münasibətilə silsilə tədbirlər keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar