Xəbər lenti
Afaq Bəşirqızına ağır sözlər: "Onu yaxşı tanıyırıq, ya vəzifə istəyir, ya da mandat"

Manevr.az bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında Bakı Kəndlər Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Məlahət Babayeva Xalq artisti Afaq Bəşirqızının qalmaqala səbəb olan açıqlamasına münasibət bildirərkən deyib.
Məlahət Babayeva bildirib ki, Afaq Bəşirqızının Bakının adından danışmağa heç bir əsası yoxdur:
"Biz onu yaxşı tanıyırıq, güc hardadırsa, Afaq Bəşirqızı da həmişə ordadır. Afaq Bəşirqızı bunu ona görə deməyib ki, guya Bakını sevir. Yox, bu, belə deyil. Hər yerin yaxşısı da var, pisi də. Afaq Bəşirqızı belə bir adamdır. Kimdən işi keçirsə,onu tərifləyir, belə-belə özünə karyera qurub. Əslində, Afaq bakılı da deyil”.
Məlahət Babayevanın fikirincə, Afaq Bəşirqızının bu çıxışının məqsədləri var:
"Görünür, nəsə almaq istəyir, yaxud da hansısa vəzifə keçir könlündən, ya da mandat umur. Ona görə də belə ifadələr işlədir, amma bunu xalqın böyük bir hissəsini aşağılamaqla etmirlər”.
Qeyd edək ki, Xalq artisti Afaq Bəşirqızı mətbuata müsahibəsində rayonluları aşağılayıb. O, "Evindən, rayonundan, şəhərindən qaçan insanlar necəsə internet üçün aylıq ödəniş etməyə, mobil telefona pul tapırlar, amma bir şey olmamış, deyirlər acıq”, deyə bildirib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar