Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kamal Sunal haqqında bilmədiyimiz 10 fakt

Tarix: 12-08-2023 14:43     Baxış: 3213 A- / A+


Milli.Az Kulis.az-a istinadən böyük türk aktyoru Kamal Sunal haqqında bilinməyən 10 qəribə faktı diqqətinizə çatdırır.
1. 10 noyabrda doğulub, ancaq bu gün Atatürkün ölüm günü olduğu üçün ad gününü həmişə 11 noyabrda qeyd edirdi.
2. Bir dəfə bir nəfər Kamal Sunalın qızı Ezo Sunala "Məni atanız böyütdü" - deyir. Ezo xanım təəccüblə "Necə yəni?" - deyə soruşunca dediyinə aydınlıq gətirir: "Balaca idim. Atam ölmüşdü. Anam işə gedirdi. Bacım ev işlərini görmək üçün ard-arda Kamal Sunal filmlərini qoyurdu və bilirdi ki, filmlər bitənə qədər televizorun qarşısından qalxmayacam."
3. Həyat yoldaşı Gül Sunay ilə tanışlıqdan sonra düz iki il yarım məktublaşmışdı.
4. Evlənib yığışdıqları ev o qədər rütubət olub ki, qonaq gələndə nəm qoxusunu itirmək üçün kartof qızardırmışlar.
5. İlk serialı "Qəmbəy bəy"in gözlənilən tamaşaçı toplaya bilməməsinin səbəbi eyni saatda başqa kanallarda Kamal Sunal filmlərinin yayımlanması olub. Özü özünə qarşı...
6. 48 yaşında dissertasiya mövzusunu özündən götürüb və "Məni kimsə araşdırmayacaq, ona görə özüm edirəm" demişdi.
7. Orta məktəbdə onun övladlarını şagird yoldaşları "İnəyin uşağı" deyə ələ salırmışlar.
8. Evdə həmişə filmə çəkildiyi qiyafətlərdə gəzərmiş.
9. Çiy küftənin hazır olub-olmadığını yoxlamaq üçün tavana atan ünlünün yalnız İbrahim Tatlısəs olduğunu düşünürsünüzsə, yanılırsınız. Kamal Sunal da bunu tez-tez edib Gül Sunalı əsəbiləşdirirmiş.
10. Çiy küftə sevgisindənmi, yoxsa səsinin gözəlliyindənmi, ən çox İbrahim Tatlısəsi dinləyərmiş.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar