Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Yaltaqlıq deyil, ürəyimdən keçənlərdir, kimin xoşuna gəlmirsə..." - Rasim Balayevdən tənqidlərə SƏRT CAVAB

Tarix: 10-08-2023 18:50     Baxış: 242 A- / A+
Dövlət başçısı İlham Əliyevlə görüşən tanınmış aktyor və xalq artisti Rasim Balayev aldığı mükafatdan və ona yönəldilən tənqidlərdən danışıb.
Manevr.az xəbər verir ki, görüş təəssüratları ilə bağlı Gununsesi.info–ya açıqlama verən Balayev dövlət başçısı İlham Əliyevə bu mükafata görə təşəkkürünü bildirib.
“Ürəyimdən keçən səmimi sözləri dedim ona. Yəni, Azərbaycan kinosunun vəziyyəti o qədər də, yaxşı deyil. Biz borcluyuq ki, böyük qələbələrimizi ekrana daşıyaq. Prezident təşəbbüsü dəstəklədi”.
Aktyor Balayev söyləyib ki, çoxlu sayda şəhidlərimiz və qəhrəmanlarımızla bağlı kino çəkilməli və bunlar gənc və sonrakı nəsillərə təqdim edilməlidir.
“Biz borcluyuq. İnşAllah, bu borcumuzdan çıxmaq istəyirik. Allah bizə yar olsun”, deyə Balayev vurğulayıb.
İlham Əliyevi Babəklə müqayisə etməsinə görə, tənqidçilərinə isə Rasim Balayev belə deyib:
“Oradan qaçan, çıxan, döşünə döyən adamlar – hamımız Qarabağdan əlimizi üzmüşdük. Bu adam getdi oranı aldı. Bu gün mən ağlıma gəlmirdi.
Mən bir sərkərdə və baş komandan kimi dedim ki, bu günün Babəki sizsiniz. Ermənilər aldıqları yerlərimizi heç vaxt qaytarmayıblar. İlk adam idi ki, onların aldığı yerləri qaytardı. Mən bir simvolik mənada dedim. Qəhrəman necə olur? Belə olur da!”.
Balayev bildirib ki, Babəklə bağlı həmin sözləri dövlət başçısına heç bir yaltaqlıq olmadan söyləyib.
“Heç bir yaltaqlıq olmadan, iç səmimiyyətimlə, qəlbdən gələn söz olaraq dedim. Kimin xoşuna gəlmirsə, özü bilər. Ancaq bu gün camaatı oraya köçürür. Heç kimin ağlına gəlmir ki, laçınlı gedir, orada yaşayır. Bu adam orada böyük işlər görür. Günü-güzəranı oradadır. Hanısa sərin yerdə bu a dam gedib keyf edə bilərdi. Bunu qiymətləndirmək camaata xoş gəlmir ki?!”.
Akif İslamzadə ilə bağlı eyni gündə doğulduqlarını söyləyən aktyor Rasim Balayev onu xalqın qəlbində yer aldığını bildirib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar