Xəbər lenti
Xalqımızın milli-mənəvi varlığını özündə yaşadan Azərbaycan dili hər birimiz üçün müqəddəsdir
Müşfiq Məmmədli
Milli Məclisin üzvü
Dil millətin mövcudluğunu sübut edən əsas amillərdən biridir. Xalqımızın milli-mənəvi varlığını özündə yaşadan Azərbaycan dili hər birimiz üçün müqəddəsdir.
Ümummilli lider Heydər Əliyevin nəsildən-nəsilə ötürüləcək sözlərini qeyd etmək yerinə düşərdi: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.
Hələ ötən əsrin 70-ci illərində SSRİ-də milli dillərin sıxışdırılması prosesinə start verildiyini zaman məhz həmin dövrdə Ulu Öndərin dil məsələsi ilə bağlı ortaya qoyduğu cəsarətli və qətiyyətli mövqeyi Azərbaycan dilinin dövlət dili statusu almasına səbəb olmuşdur.
Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili rəsmi olaraq öz əksini tapıb. Bu tarixi hadisə gələcəkdə müstəqilliyini əldə edəcək Azərbaycan üçün mütləq və vacib idi.
Ulu Öndər hələ o dövrdən dövlət rəmzi olan dilimizin təkmilləşdirilməsi üçün dilçi alimlərə bütün mümkün şəraiti yaratmışdı. Ölkə əhəmiyyətli bu hadisənin məntiqi sonluğu kimi aparılan müzakirələrdən sonra 1995-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dili dövlət dili kimi öz əksini tapır.
Ümummilli Lider 2001-ci il avqustun 9-da imzaladığı fərmanla avqustun 1-i ölkəmizdə Azərbaycan dili və əlifbası günü kimi qeyd edilir. Ölkə əhəmiyyətli qərarlar Ümummilli Liderin dövlət dilinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar