Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dilarə Əliyevanın yeni işi - ŞƏKİLLƏR

Tarix: 07-07-2023 17:55     Baxış: 4310 A- / A+


 
Əməkdar artist Dilarə Əliyeva Azərbaycan Dövlət Akademik Musiqili Teatrında librettosu Xalq yazıçısı Anara, musiqisi Xalq artisti Vasif Adıgözəlova məxsus “Adamın adamı” tamaşasında Nazlı-qəmzəli obrazını canlandıracaq.
Manevr.az axşam.az-a istinadən xəbər verir ki, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda hazırlanan səhnə əsərində məşqlərini davam etdirən aktrisa təəssüratlarını bölüşüb:
"Bir neçə ay öncə Musiqili Teatrın rəhbəri, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdən "Adamın adamı" tamaşasında Nazlı-qəmzəli obrazını ifa etmək üçün təklif aldım. Lakin xaraktercə mürəkkəb olan bu rolun məsuliyyətini dərk etdiyimdən dərhal qərar verməkdə çətinlik çəkdim. O vaxt teatrın bu təklifini ailəmlə də müzakirə etdim və müsbət qarşılanması məni daha da ruhlandırdı. Hazırda səhnə əsəri üzərində işlər davam edir. Tamaşaçılar məni daha çox televiziyadan tanıyırlar və düşünürəm ki, teatr səhnəsindəki oyunum da onlar üçün maraqlı olacaq". 
Qeyd edək ki, aktrisa ilə yanaşı, tamaşada Xalq artistləri Fatma Mahmudova, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Çingiz Əhmədov, Şövqi Hüseynov, Almaz Ələsgərova, İqrar Salamov, aktyorlar Nicat Əli, Ülviyyə Əliyeva, Türkel Tariqpeyma, Hüseyn və Gültac Əlili, Şaban Cəfərov, Gülcahan Salamova, Elxan İsmayılov, Ruslan Mürsəlov, İbrahim Əlizadə, Hidayət Əliyev, Nigar Qarayeva, Günay Qasımova, Cəbrayıl Cəbrayılov da iştirak edəcəklər.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, rejissoru Elməddin Dadaşov, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Tamilla Aslanovadır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar