Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Müharibə veteranı, rəssam Tərlan Eyvazovun fərdi sərgisi keçirilib - ŞƏKİLLƏR

Tarix: 24-06-2023 16:12     Baxış: 3357 A- / A+
İyunun 23-də Bakıda, “SAPPHIRE BAYIL HOTEL”də Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Tərlan Eyvazovun fərdi sərgisinin açılış mərasimi keçirilib, həmçinin rəssamın yaradıcılığından və ictimai fəaliyyətindən bəhs edən albom-kataloqun təqdimatı olub.
Manevr.az xəbər verir ki, qarşıdan gələn Azərbaycan Silahlı Qüvvələri Gününə həsr edilmiş sərginin təşkilinə və albom-kataloqun nəşrinə ölkəmizin tanınmış sahibkarlıq subyektlərindən olan “AZMAN HOLDİNG”in təsisçiləri - iş adamları Rəşad Məmmədov və Azər Əsgərov dəstək veriblər. Tədbirdə deputatlar, müharibə veteranları, yaradıcılıq təşkilatlarının nümayəndələri, ictimai fəallar, jurnalistlər, rəssamın həmkarları iştirak ediblər. 
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub.

“AZMAN HOLDİNG”in media ilə əlaqələr üzrə meneceri, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov sərgi-təqdimatı qəhrəman Azərbaycan Ordusuna, rəşadətli əsgər, gizir və zabitlərimizə tükənməz sevgi və ehtiramın ifadəsi kimi səciyyələndirib, təmsil etdiyi qurumun və onun təsisçilərinin milli-mənəvi dəyərlərimizin, o cümlədən hərb tariximizin təbliğinə daim dəstək göstərdiklərini diqqətə çatdırıb. Həm rəssam, həm də fəal ictimaiyyətçi kimi cəmiyyətdə böyük rəğbət qazanmış veteran-zabit və rəssam  Tərlan Eyvazovun yaradıcılığında onun şəxsən iştirakçısı olduğu müharibələrin ağrı-acılarının, həmçinin hərbi qələbələrimizə mühüm töhfələr vermiş hərbçilərin obrazının əsas yer tutduğu bildirilib.  İstedadlı rəssamın portret janrı ilə yanaşı,  mənzərə, natrümort, tarixi-mifoloji və digər janrlarda da baxımlı yaradıcılıq işlərinin olduğu, bunların bir qisminin sərgidə nümayiş etdirildiyi, albom-kataloqda verildiyi vurğulanıb.
Tədbirdə çıxış edənlər – Azərbaycanın Milli Qəhrəmanları Fəxrəddin Cəbrayılov, Fariz Qəhrəmanov,  veteran hərbçilər - polkovniklər Şair Ramaldanov, İlham İsmayıl, Xalq şairi Ramiz Rövşən, Əməkdar rəssam Rais Rasizadə, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, ADPU-nun kafedra müdiri, dosent Yeganə Cəlilova və başqaları Tərlan Eyvazovun vətəndaş, hərbçi, insənət adamı, pedaqoq, ictimai xadim və dost kimi  özünəməxsus xüsusiyyətlərindən danışıb, müxtəlif üslubda və janrlarda yaratdığı rəngkarlıq nümunələrinin bədii-estetik səviyyəsini dəyərləndirib, ona çoxşaxəli fəaliyyətində yeni uğurlar, nailiyyətlər arzulayıblar.
Tərlan Eyvazov sərginin təşkilinə və albom-kataloqun nəşrinə dəstək verənlərə, həmçinin tədbirin iştirakçılarına və yaradıcılığı haqqında xoş sözlər söyləyənlərə təşəkkür edib.
Sonra tədbir iştirakçıları sərgiyə baxıblar; onların hər birinə rəssamın avtoqrafı olan albom-kataloq hədiyyə edilib.
Xatırladaq ki,  AZMAN HOLDİNG” çoxsaylı mədəni-kütləvi layihələrə dəstək verməklə yanaşı, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına, hərbçilərə və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə yardım göstərib.Koordinat.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar