Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Akademik Tofiq İsmayılovun 90 illik yubileyi qeyd olundu

Tarix: 20-06-2023 19:25     Baxış: 4331 A- / A+
Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Milli Aerokosmik Aqentliyində görkəmli alim, ictimai və dövlət xadimi, akademik Tofiq İsmayılovun 90 illik yubileyi qeyd olundu.
Tədbir iştirakçıları akademik Tofiq İsmayılovun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Bununla əlaqədar Milli Aerokosmik Aqentliyinin Birləşmiş Elmi-texniki Şurasının xüsusi iclası keçirildi. Tədbiri Milli Aerokosmik Aqentliyinin baş direktoru, professor Natiq Cavadov açdı. Aqentliyin baş direktorunun  birinci müavini, professor Tofiq Süleymanov “Azərbaycanın kosmos salnaməsində Tofiq İsmayılovun xidmətləri daima yaşayacaqdır” məruzə ilə çıxış edərək akademik Tofiq İsmayılovun həyat yolundan, onun gördüyü böyük və uğurlu işlərdən, ictimai fəaliyyətindən, yazdığı əsərlərdən toplantı iştirakçılarına ətraflı məlumat verdi. O qeyd etdi ki, T.İsmayılovun rəhbərliyi altında 88 elmlər namizədi və 6 elmlər doktoru hazırlanmışdır. T.Süleymanovun məruzəsi akademik Tofiq İsmayılova həsr olunmuş slaydlarla müşayiət olundu. Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova çıxışında qeyd etdi ki, akademik T.İsmayılov qısa ömür sürsə belə o, böyük işlərə imza atmışdır. 1978-ci ildə T.İsmayılov Azərbaycan SSRİ Dövlət mükafatına layiq görülmüşdür. O qeyd etdi ki, “Əlvida söyləmədən...” kitabında T.İsmayılovun həyatı, onun gördüyü böyük işlər bədii formada tərənnüm edilmişdir. O, akademik T.İsmayılovun xatirəsini əbədiləşdirilməsi ilə bağlı bir neçə təkliflər irəli sürdü. “Əlvida söyləmədən...” kitabının müəllifi, yazıçı, şair Sevinc Ağa Xəlilqızı toplantı iştirakçılarına kitab haqqında geniş məlumat verdi. O qeyd etdi ki, kitab faktlar və sənədlər əsasında yazıldığı üçün onu sənədli povest adlandırmaq olar. Kitabda 1918-ci ilin mart hadisələri, Qarabağ hadisələri, 20 noyabr 1991-ci ildə baş verən Qarakənd faciəsi öz əksini tapıb. Kitabda Azərbaycanın görkəmli ictimai və dövlət xadimləri Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov, Vəli Məmmədov, Osman Mirzəyev və başqaları haqqında yazılmış məqalələr də yer almışdır. Çıxışının sonunda  Sevinc Ağa Xəlilqızı Tofiq İsmayılova və doğma Azərbaycana həsr etdiyi şeirləri söylədi. Aqentliyin Geofiziki proseslərin kosmik monitorinqi şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Rafiq Ağamalıyev akademik Tofiq İsmayılovla bağlı xatirələri ilə bölüşdü və qeyd etdi ki, Tofiq İsmayılovun yüksək idarəçilik xüsusiyyətləri var idi, o qısa ömür yaşayaraq çox böyük işlər gördü və xatirələrdə əbədi yaşayacaq.   Müdafiə sənayesi nazirinin müşaviri Rövşən Əhmədov nazirin adından tədbir iştirakçılarını salamladı. O qeyd etd ki Tofiq İsmayılov SSRİ miqyasında tanınan görkəmli şəxsiyyətlərdən idi, əgər o yaşasaydı, aqentliyin bugünki nailiyyətləri ilə fəxr edərdi. R.Əhmədov vurğuladı ki, ötən əsrin 90-cı illərində bu müəssissə də tənəzzül və probləmlər dövrünü yaşadı, çoxsaylı layihələrin maliyələşdirilməsi dayandırıldı. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu sahədə də irəliləyişlər başlandı. Hazırda akademik T.İsmayılovun başladığı işi gənclər uğurla davam etdirir. Aqentliyin Süni intellekt sistemləri şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru, şair-qəzəlxan Əli Əmirov (Ələmi) Tofiq İsmayılovun gördüyü işlərdən danışdı və yazdığı “Düymələr” şeirini söylədi. Aqentliyin baş direktoru, professor Natiq Cavadov tədbirə yekun vuraraq qeyd etdi ki, ölkəmizdə kosmik təqdiqatlarla bağlı işlər geniş vüsət alır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu sahəyə diqqət və qayğısını əsirgəmir. Tədbirin sonunda şagirdlər Həmid Tağıyev və Murad Əhmədzadə vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər söylədilər və onlara aqentliyin rəhbərliyinin təşəkkürnaməsi təqdim edildi. Tədbirdən sonra qonaqlar aqentliyin nəzdində fəaliyyət göstərən Tofiq İsmayılov adına muzeyə baxış keçirdilər. Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tədbirə informasiya dəstəyi göstərdi.

Manevr.az










Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar