"O aktrisa da dünyasını dəyişib. Amma gərək o aktrisa Siyavuşla yaxınlıq etməzdi. O ailəyə gərək o zərbəni vurmazdı. Bir gün isə Siyavuşun bir müğənni ilə yaxınlıq etməsi ilə bağlı söhbəti çıxdı. Güya Siyavuş həmin qadın müğənni ilə yaşayır. Mən Kübra bunu görmədim, hiss etmədim.
Ofeliya bunlardan sonra çox dəyişdi. O, ancaq intiqam almaq istəyirdi. Ofeliya onu bağışlamaq istəmədi. İllər keçdi bu şeylər onun içində böyüdü, sonra da Ofeliyanın bütün sinir sistemini pozdu. Artıq Ofeliyada bəzi hadisələr başladı. Biz bunu Siyavuşa heç cür deyə bilmirdik. Bilirsiniz, Siyavuş, Ofeliya Psixiatriya Xəstəxanasına yerləşdiriləndə necə ağlayırdı? Siyavuş asfaltın üstündə yerimirdi, sanki o havada gəzirdi. İnsanın belə bir halı olur, heç kimi görmürsən, heç kimə salam vermək istəmirsən.
O, çox pis halda idi. Ofeliya Siyavuşu bağışlamadı. Amma Siyavuşa bu addımı atmağa məsləhət verdilər. Siyavuş getdi həkimlərlə danışdı. Eşidəndən sonra arvadı Ofeliyada bu hadisələr baş verib, ona yardım etmək istədi. Amma Ofeliya bunu da səhv başa düşdü".
Qeyd edək ki, Ofeliya Aslan 71 yaşında ürək tutmasından dünyasını dəyişib.