Xəbər lenti
Yazıçı ilə onlayn müsahibə keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri, tanınmış yazıçı, publisist Nüşabə Məmmədlinin Yeni Çağ Medianın informasiya dəstəyi ilə kitabxananın oxucuları üçün onlayn müsahibəsi təşkil edildi.
Yazıçının əsərləri Mərkəzi Kitabxananın oxucuları tərəfindən maraqla və sevilə-sevilə oxunur. Onlayn görüşdə yazıçı oxucuları maraqlandıran suallara cavab verdi. O, yaradıcılığı haqqında danışarkən bildirdi ki, yazıçı əsərlərində həyatının bir parçasını təsvir edir, öz düşüncələrini qələmə alır. O, müasir gənclərin üzləşdiyi çətinliklərdən, mühitdən, ədəbiyyata, mütaliəyə maraqdan söhbət açdı. Yazıçı oxucuların suallarını cavablandırarkən həyat sınaqlarından da bəhs etdi. O, yaradıcılığının əsas mövzusunun Qarabağ mövzusu olduğunu diqqətə çatdırdı. Yazıçı Qarabağ hadisələri başlayanda təzyiqlərə məruz qalmağına baxmayaraq Qarabağ həqiqətlərinin yorulmaz təbliğatçısı olmuşdur. N.Məmmədli “Arqumentı i faktı”, “Komsomolskaya pravda” qəzetlərində Qarabağ həqiqətlərini əks etdirən məqalələrlə çıxış etmişdir.

Nüşabə Məmmədlinin əsərləri rus, ukrayna, özbək, alman və ingilis dillərinə tərcümə edilmişdir.
Ətraflı:
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar