Sizin Reklam Burada
Xəbər lenti
03-06-2023
02-06-2023
BÜTÜN XƏBƏRLƏR

Kitabxanaya Ulu Öndərə həsr olunmuş yeni şeir təqdim olundu

Tarix: 24-05-2023 14:40     Baxış: 2111 A- / A+
Nəsibə İsrafilqızı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, “Tərəqqi” medalı laureatı, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatçısı, “Vedibasar” qəzetinin redaktoru, şair, yazıçı-publisist Nəsibə İsrafilqızı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi yeni şeirini kitabxanaya təqdim etdi.


Mərkəzi Kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsində fəal iştirak edən Nəsibə İsrafilqızının “Xilaskarım” şeiri oxuculara təqdim olunur.


Xilaskarım

(Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilib)

Sən zirvəsən, uca dağsan,
Bol-bəhrəli yaşıl bagsan.
Sən alisən, sən aqilsən,
Tarix yazan bir alimsən.

Ürəklərə dolub qaldın,
Bir əbədi mehman oldun.
Şəfa tapdın minbir dərdə,
Bərabərin yox hünərdə.

Sən milləti tanıtdın, bu dünyaya, cahana.
Hər kəlməndə min hikmət, hər sözündə min məna.
Adına “Xilaskarım”, “Heydər baba” dedilər.
Millətə ata oldun, “Heydər ata” dedilər.

Sənsən al Günəşimiz, nuruna boyanırıq,
Şəfəqlər sığalında hər sabah oyanırıq.
Sən xalqın keşiyində bir əbədi mayaksan,
İşinlə, əməlinlə millətinə dayaqsan.

Oldu bayraqdarımız dəmir yumruqlu İlham,
Bu şərəfə, hünərə, dünyalar qaldı heyran.
Bir yumruqda birləşib sinə gərdik səngərə,
Alqış igid əsgərə, alqış igid rəhbərə.

Möhtəşəm zəfər çaldı döyüşlərdə ordumuz,
Azadlığa qovuşdu bu müqəddəs yurdumuz.
Qarabağda, Şuşada dalğalandı bayrağım,
Şənlik etdi el-oba, güldü yurdum, torpağım.

Əqidən, amalınla sənin yolun haqqı yolu,
Sən millətin oğulsan sənin yolun xalq yolu.
Adın zirvələrdədi, tarixlərdə qalacaq,
Sən tarixi yazmısan, tarix səndən yazacaq.

Ey Türkün şanlı oğlu, Vətənin vətəndaşı,
Türkün başqa kimi var, Türkdü elə qardaşı.
Bizi qoruyacaqdır Allah, müqəddəs “Quran”,
Yaşasın Azərbaycan, yaşasın Ulu Turan.

Nəsibə İsrafilqızı

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar