Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Şuşanın işğalının 25 illiyi ilə əlaqədar tədbirlər keçirib -Fotolar

Tarix: 08-05-2017 16:02     Baxış: 31 148 A- / A+
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Şuşanın işğalının 25 illiyi ilə əlaqədar tədbirlər keçirib


Manevr.az-ın xəbərinə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Şuşa şəhərinin işğalının 25 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Azərbaycan Xalça Muzeyində keçirilən “Əsirlikdəki incilərin hekayəti” adlı tədbirə ölkənin tanınmış ziyalıları və Şuşa şəhər ictimaiyyətinin nümayəndələri qatılıblar. Tədbirdə Şuşa şəhər mədəniyyət işçiləri çıxış edib.

Daha bir tədbir isə 2016-cı ilin aprel döyüşləri zamanı işğaldan azad olunan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində baş tutub. Belə ki, Şuşa şəhər mədəniyyət işçiləri kənddə inşasına başlanılan Şuşa məscidinin tikintisində iştirak edib, əsgər və zabitlərlə görüşüb, musiqi nömrələri ifa ediblər.

Qubadlı rayon Mədəniyyət evində “Talanan Yurdum” adlı dəyirmi masa keçirilib. Tədbirdə Mahmudlu kənd Mədəniyyət evinin direktoru Ziba İbrahimova, MKS-nın direktoru Müşginaz Muradova, Qubadlı rayon MHK-nın direktoru Əmrah Hüseynov, Rayon Mədəniyyət evinin bədii-rəhbəri Fatma Hüseynova çıxış edərək Şuşa rayonunun işğalı ilə bağlı fikirlərini ifadə ediblər.

Sonda Şuşa şəhərinin işğalına həsr olunmuş video-çarx izlənilib.

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxanada keçirilən tədbirdə 5 nömrəli orta məktəbin şagirdləri və kitabxananın oxucuları iştirak edib.

Əvvəlcə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva tədbiri giriş sözü ilə açaraq Şuşa şəhərinin tarixi haqqında məlumat verib.

Daha sonra BDU-nun Tarix fakültəsinin müəllimi Aydın Məmmədov, SDU-nun Tarix fakultəsinin tələbəsi Fəqan Səfərəliyev, MKS-in direktoru Yeganə Əhmədova, Metodika-Biblioqrafiya şöbəsinin baş biblioqrafı Nazxanım Cəfərova çıxış edərək Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törədilən qətliamlar, soyqırımlar haqqında danışıblar, Şuşanın işğalı ilə əlaqədar videoçarx izləyib, kitab sərgisi ilə tanış olublar.

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində və Mərkəzi uşaq Kitabxanasında da tədbir keçirilib. Oxuculara Şuşanın tarixi və işğalı, o cümlədən, Şuşa şəhərinin müdafiəsi zamanı qəhrəmancasına şəhid olan igidlərimiz haqqında geniş məlumat verilib.

Digər mədəniyyət müəssisələrindəə də Şuşa şəhərinin işğalı ilə bağlı tədbirlər keçirilib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Şuşanın işğalının 25 illiyi ilə əlaqədar tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Şuşanın işğalının 25 illiyi ilə əlaqədar tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Şuşanın işğalının 25 illiyi ilə əlaqədar tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Şuşanın işğalının 25 illiyi ilə əlaqədar tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Şuşanın işğalının 25 illiyi ilə əlaqədar tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Şuşanın işğalının 25 illiyi ilə əlaqədar tədbirlər keçirib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar