Xəbər lenti
Azərbaycan polisi atı ilə heyran etdi - FOTO

Baş serjant atla 115 və 120 santimetrlik maneələri dəf edib
Polisin yetirməsi çempion oldu. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, atçılıq idmanının konkur növü üzrə “Murad” kuboku uğrunda keçirilən yarışda qalib olan Samir Məmmədov da polis məşqçinin yetirməsidir.
Ölkəmizdə bu qəbildən yarışların keçirilməsinə başlanandan ötən müddət ərzində yeni perspektivli idmançılar yetişib. Onların göstərdikləri nəticələr də yüksəlir. Son yarışda qalib olan S.Məmmədov da ümidverici idmançılardandır. Axırıncı yarışda o cıdıra çıxdığı xüsusi yetişdirilmiş atla 115 və 120 santimetrlik maneələri dəf edərək qələbə qazanıb.
Gənc idmançımız DİN İdman Cəmiyyətinin kiçik inspektoru, polis baş serjantı Samir Məmmədovun yetirməsidir. Samir vaxtilə qatıldığı konkur növü üzrə ölkə və beynəlxalq miqyaslı yarışlarda yüksək nəticələr əldə edib. Hazırda öz bilik və təcrübəsini gənclərlə bölüşür, ölkə idmançılarının beynəlxalq yarışlara hazırlanması üçün əlindən gələni əsirgəmir.
istipress
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar