
Xəbər lenti
Abidələrə qanunsuz müdaxilələrlə bağlı monitorinq aparılır

Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
“Aparılan monitorinqlər nəticəsində bəzi tarix-mədəniyyət abidələrinə vurulan məlumat lövhələrinin vurulma texnikası, orada yer alan məlumatlarla bağlı qeyri-dəqiq faktlar aşkar olunub, habelə bəzi abidələrin mühafizəsinin düzgün qurulmadığı müəyyən edilib. Hazırda qeydolunanları nəzərə almaqla məlumat lövhələrində yer alan informasiyaların təhlil edilərək dəqiqləşdirilməsi, əlavə məlumatların daxil edilməsi və yenilənməsi üçün tədbirlər görülür, həmçinin mühafizə işinin gücləndirilməsi istiqamətində addımlar atılır.
Bildiririk ki, abidələrin üzərindən məlumat lövhələrinin çıxardılması binanın abidə statusunun itirilməsi deyil, bu lövhələrdə aşkar edilmiş nöqsanlarla bağlıdır. Bu lövhələr araşdırmalar bitdikdən sonra yeniləri ilə əvəzlənəcək. Ölkəmizin tarixi simasının qorunmasına, tarixi abidələrin mühafizəsinə töhfə vermək istəyən hər bir şəxsi, mütəxəssisləri, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələrini Dövlət Xidməti ilə sıx əməkdaşlıq etməyə dəvət edir və abidələrin qorunması ilə əlaqədar 147 qaynar xətti ilə əlaqə saxlayaraq məlumat verilməsi xahiş olunur. Vətəndaşlarımızı bir daha tarix-mədəniyyət abidələrimizin qorunmasına, gələcək nəsillərə tam şəkildə çatdırılmasına dəstək göstərməyə, abidələrin mühafizəsi işində fəal iştiraka çağırırıq”, - deyə məlumatda qeyd olunur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar