Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətovun vəfatından sonra onunla bağlı yaranan müzakirələr davam edir.
Manevr.az xəbər verir ki, teatr cameəsində xalq artistinin ölümünü kədərlə qarşılayanlarla yanaşı, ona qarşı laqeyd münasibət göstərənlər də olub.
7 il “Azdrama”nın rəhbəri olan A.Nemətov fəaliyyəti dövründə bir sıra sənət adamları ilə aralarında problem yaşanıb.
Onlardan biri Akademik Milli Dram Teatrının sabiq əməkdaşı Hikmət Rəhimovdur. Aktyor 2016-cı ildə açıqlamasında işdən uzaqlaşdırılmasında Azər Paşa Nemətovun günahkar olduğunu demişdi:
"Çünki o, Akademik Milli Dram Teatrına direktor təyin olunanda onu təbrik etməmişdim, bu da onda qərəz yaradıb".
Aktyor A.Nemətovun ölümündən sonra paylaşım edərək “sənə rəhmət düşmür” yazmasına görə tənqid hədəfinə tuş gəlib.
Aktyor H.Rəhimovun işdən çıxmasından sonra mərhum Xalq artisti Fuad Poladovun teatrdan çıxmaq üçün istefa ərizəsi yazması, həmin dövrün qalmaqallı hadisələrindən olmuşdu.
F.Poladovun istefasına səbəb kimi teatrda həmin dövrlərdə yaranmış vəziyyət və aktyor Hikmət Rəhimovun istefası göstərilirdi.
Xalq artistinin istefasından dərhal sonra H.Rəhimov ona olan dəstəyə görə F.Poladova minnətdarlığını bildirmişdi.
Azərpaşa Nemətovun Fuad Poladovun istefası haqqında “Bu onun seçimidir. Mən bu məsələyə qarışmaq istəmirəm” deməsi, daha sonra isə F.Poladovun dünyasını dəyişməsindən sonra “Ölüb, Allah rəhmət eləsin! Mən xəstəyəm, yatıram” sözləri müzakirələrə səbəb olmuşdu.
Bundan əlavə, F. Poladovun dəfn günündə, “Şah Qacar” tamaşasından sonra Akademik Milli Dram teatrında tamaşadan sonra təzimə çıxan aktyorlardan birinin Fuad Poladovu xatırlaması və onun xatirəsinə tamaşaçılardan bir dəqiqəlik sükut xahiş etməsinə görə, teatr rəhbərliyi aktyoru çağıraraq, ona xüsusi xəbərdarlıq etməsi ilə bağlı mətbuatda məlumatlar yayılmışdı. Teatr isə həmin il sözügedən iddiaları təkzib etmişdi.
“Azdrama”nın mərhum sədri A.Nemətovla qalmaqal yaşayan sənətçilərdən biri də Əməkdar artist İlham Hüseynov olub. O, 2018-ci ildə sözügedən teatrından uzaqlaşdırılmasına səbəbkar direktor Azərpaşa Nemətovun olduğunu bildirmişdi:
"Əgər rəhbərlik səni sevmirsə, qəbul etmirsə, bəhanə tapmaq, damğa yapışdırmaq çətin deyil... Sadəcə, teatrın rəhbəri mənə qarşı pis münasibətdədir. "Azdrama" rəhbərliyi məni işdən uzaqlaşdırılmağıma don geyindiriblər. Buna deyirlər adamın torbasını tikmək".
H.Rəhimovla yanaşı, A.Nemətovun ölümündən sonra tənqidi paylaşım edənlərdən biri də aktyor Kamran Yunis olub.
"O da öldü... İndi kim "mən, mən, mən" deyəcək? Bəlkə də belə yazmaqda haqsızam, amma elə yaşayaq ki, rəhmət deyənlər çox olsun", yazan aktyor digər həmkarı kimi tənqid edilib.
K.Yunis Xalq artisti Fuad Poladovun “Azdrama”dan getməsini xatırladaraq bunları deyib:
"Fuad Poladovu teatrdan uzaqlaşdıran və ya son zərbə vurana mənim kitabımda sayğı yoxdur. Hələ teatrdan qovduğu həqiqi istedadlı gəncləri sadalamıram: İlham Hüseynov, Hikmət Rəhimov, Murad İsmayıl... Bu gənclər hərəsi bir teatrdır. Ustadınızdır, gedin yas tutun. Mənim dəyərlər sistemim belədir".
A.Nemətovla problem yaşayan sənətçilərdən biri Xalq artisti Afaq Bəşirqızı olub. Belə ki, o, 2019-cu ildə A.Nemətovun şəxsi maraqları üçün rəhbəri olduğu teatrın tarixini təhrif etdiyini söyləmişdi, O, eyni zamanda Teatrlar İttifaqına rəhbər seçkilərinin şəffaf keçirilməsini təmin etmək üçün ölkə rəhbərləyinə müraciət etmişdi:
“Canım prezidentim, şəffaf dövlətin ən qabarıq atributlarından biri mədəniyyət sahəsi olmalıdır. Xalqın böyük əksəriyyətini təşkil edən mədəniyyət və incəsənət xadimləri sizin göstərdiyiniz qayğı və diqqətə görə təşəkkürünü bildirir. Lakin yeri səhv düşən insanları, təsadüfi adamları “hegemon” adlandırıram. Dövlətin büdcəsini qara pula çevirib cibinə axıdanlar, qarın sahələrini qabardanlar təəssüf ki, bizim sahədə daha çoxdur. Bu islahatlar mədəniyyət və teart sahələrində aparılmalıdır. Təsadüfi adamlar öz yerlərini bilməlidirlər....
Necə ola bilər ki, 147 yaşlı Akademik Milli Dram Teatrını 100 yaşlı kimi təqdim edəsən?!
Siz təsəvvür edin ki, indi teatrın 147 yaşı var, lakin Azərpaşa Nemətov öz vəzifə kreslosunu daha da bərkitmək üçün dövləti də aldadıb. 1919-ci ildə dövlət statusu verilib, bundan da istifadə edir, 100 illik kimi təqdim edir. Nə var ki, qarşıdan gələn seçkilərdə qalib olsun, teatr kreslosunda otursun”.
Xalq artisti Afaq Bəşirqızı qalmaqal yaşadığı və illərdir küsülü olduğu A.Nemətovun vəfatından sonra açıqlamasında yaşadığı mübahisələrə görə peşman olmadığını bildirib:
“Biz onunla möhkəm dost olmuşuq. Dostluğun hörmətini son günə qədər saxlamışdıq. Mənim üçün bu, gözlənilməz oldu...Amma mənə bir təskinlik var ki, şəxsi ambissiyamız üçün sözləşməmişdik, biz aktyorların ümumi rifahının yaxşılaşması üçün belə bir təklif qaldırmışdım... Həmişə sənətkarların arasında belə söhbətlər olub. Son ana qədər bir-birimizə hörmətsizlik etmədik - təhqiramiz çıxışlar olmadı”.
A.Bəşirqızı H.Rəhimovun mərhum rejissorla paylaşımına isə bu cür reaksiya verib: “Əgər mən halallıq verirəmsə, onlar da halallıq versinlər. Bu onların böyüklüyüdür”.ölkə.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar