Xəbər lenti
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi uşaq musiqi məktəblərində tədbirlər keçirib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan uşaq musiqi məktəblərində silsilə tədbirlər keçirilib.
Manevr.az-ın məlumatına görə, Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbində keçirilən caz musiqisinə həsr olunmuş konsertdə cazın yaranma tarixi haqqda məlumat verilib. Azərbaycanda cazın yaradıcıları Tofiq Quliyev, Niyazi, Salman Qəmbərov, Rauf Hacıyev, Tofiq Əhmədov, Vaqif Mustafazadə kimi görkəmli şəxsiyyətlərin caz musiqisinə verdiyi töhfələr haqqında söhbət açılıb.
Sonda şagirdləriin ifasında Azərbaycan və Avropa bəstəkarlarının caz əsərləri maraqla dinlənilib.
Sumqayıt şəhər TET gimnaziyanın şagirdləri S.Rüstəmov adına uşaq incəsənət məktəbinə ekskursiyada olublar. Ekskursiya zamanı şagirdlər məktəbin yeni inşa edilmiş binası, sinif otaqları ilə yaxından tanış olub, keçirilən dərs prosesini maraqla izləyiblər. Qonaqlara məktəbin fəaliyyəti, şagirdlərin qazandığı uğurlar və musiqi alətləri haqqında geniş məlumat verilib.
Məktəbdə həmçinin qarmon şöbəsi şagirdlərinin konserti də keçirilib. Konsertdə Azərbaycan xalq mahnıları və instrumental musiqilər səslənib.
Daha bir tədbir isə Şuşa şəhər Bülbülcan adına uşaq musiqi məktəbində baş tutub. Məktəbdə Xalq Çalğı Alətləri şöbəsinin konserti müəllim və şagird heyəti tərəfindən maraqla qarşılanıb. Konsertdə Azərbaycan xalq və bəstəkar mahnıları ifa olunub. Fəqlənən şagirdlər fəxri fərman və diplomlamlara təltif olunublar.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar