Xəbər lenti
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib -FOTOLAR
Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıt şəhər Mərkəzi Uşaq kitabxanasında silsilə tədbirlər keçirilib.
Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə “Var şirin sözü Vaqifin” adlı ədəbi-bədii gecəni giriş sözü ilə kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova açaraq şairin yaradıcılığı, onun Azərbaycan ədəbiyyatında və tarixində xüsusi rolu haqqında məlumat verib.
Sonra tədbir İsmət Qayıbov adına 1 saylı orta məktəb şagirdlərinin iştirakı ilə hazırlanmış bədii hissə ilə davam etdirilib.
Dağbəyi Hətəmli və Murad Haqverdilinin sazda müşayiəti ilə Sona Salamzadə, Leyla Ağazadə, Kamran Hətəmli, Nəzrin Məmmədli, və digərlərinin ifasında qoşmalar və müxəmməslər, Nazənin Məmmədquliyevanın ifasında şairin “Durnalar” rədifli qoşmasına bəstələnmiş mahnı, o cümlədən, şagirdlərin ifasında S.Vurğunun “Vaqif” dramı əsasında qurulan səhnəcik tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sonda tədbir iştiraşçıları şairin zəngin həyat və yaradıcılığını özündə əks etdirən “Vaqif, yad et səni yad eyləyəni” adlı kitab sərgisi ilə yaxından ilə tanış olublar.
Kitabxanada daha bir tədbir 12 saylı məktəbin 2R1 sinif şagirdlərinin iştirakı ilə nağıl qəhrəmanlarımıza olan marağın artırılması məqsədilə milli və dünya xalqları nağılllarının qəhrəmanlarının paradı keçirilib.
Öncə oxuculara tədbirin mahiyyəti, məqsədi haqqında geniş məlumat verilib. Daha sonra uşaqların ifasında Azərbaycanın nağıl qəhrəmanları ilə dünya xalqlarının nağıl qəhrəmanlarının görüşünü əks etdirən bədii kompozisiya, məktəblilərin ifasında Azərbaycan və rus xalq nağılları əsasında hazırlanmış səhnəciklər nümayiş olunub.
Tədbirin sonunda iştirakçılar dünya xalqlarının adət-ənənələri, mədəniyyəti, folkloru, xalq qəhrəmanlarından bəhs edən uşaq kitablarından ibarət sərgi ilə də yaxından tanış olublar.
Kitabxanada “Kim? Harada? Necə?” intellektual klubunun üzvlərinin iştirakı ilə “Sirli və əyləncəli riyaziyyat” adlı keçirilən viktorina da balaca oxucuların maraqla qatıldığı tədbirlər sırasındadır. Viktorina riyazi məsələlər, məntiqi suallar, “Riyaziyyatı niyə sevirəm?” ev tapşırığı əsasında üç turda keçirilib. Turlararası fasilədə iştirakçılar “Riyaziyyat haqqında bildiklərimiz və bilmədiklərimiz” adlı videoçarx, kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Riyaziyyat dahiləri” adlı slayd izləyibər.
Sonda yarışın qaliblərinə hədiyyələr təqdim olunub.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar