Xəbər lenti
Deputat Müşfiq Məmmədli "Missiya"nı izlədi - Şəkillər

Milli Məclisin deputatı Müşfiq Məmmədli Hafiz Ataxanoğlunun əsəri əsasında Respublikanın Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi tamaşadan öncə çıxış edərək, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etməsindən və dinc əhaliyə misli görülməmiş qəddarlıqla divan tutmasından bəhs edib.

Şəhər sakinləri ilə birlikdə sözügedən tamaşaya baxan deputat bildirib ki, səhnə əsəri hər iki Qarabağ müharibəsini özündə əks etdirməklə yanaşı, Azərbaycan xalqının keçdiyi bu ağır yolu özündə nümayiş etdirir: "Yaradıcı kollektivə bu gözəl tamaşaya görə təşəkkür edir, yeni-yeni uğurlar arzulayıram", deyə o vurğulayıb.
Manevr.az




Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar