Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Qərar verildi, bundan sonra aktyorların cənazəsi teatrın səhnəsindən götürüləcək" - Xalq artisti

Tarix: 24-02-2023 16:54     Baxış: 4359 A- / A+

"Bundan sonra vəfat edən aktyorlar işlədiyi teatrın səhnəsindən götürüləcəklər”.
 

Manevr.az
bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında Xalq artisti Əli Nur deyib. Aktyor bununla bağlı Prezidentin qərarı olduğunu açıqlayıb:

"Azərbaycan dövləti aktyorlara qayğı və diqqətini artırdı, aktyorların ev, maaşla təmin olunmasına start verildi, eyni zamanda dünyasını dəyişən aktyorların işlədiyi teatrın səhnəsindən götürülməsi qərarı verildi. Teatrlara dövlətin böyük qayğısı olacaq. Bütünlüklə bu məsuliyyəti dövlət üzərinə götürdü. Bundan sonra aktyorlar dünyalarını dəyişəndə səhnədən götürüləcək”. 

Xalq artisti onu televiziya kanalına verdiyi müsahibəyə görə qınayanlara belə cavab verib:
"Fevralın 21-də Xalq artisti Ramiz Novruzun dəfnində bizə cənazənin saat 14:00-da qaldırılacağını bildirmişdilər. Biz tədbirə tez getdik, adamlar var idi, amma dövlət adamlarından heç kim yox idi. Mədəniyyət Nazirliyinin nümayəndələri ora gec gəldi. O vaxta kimi jurnalistlər əl çəkmədi, mən də müsahibə verəndə fikirimi dedim. Fikirimi demişəm, bundan sonra da deyəcəyəm. Həmişə teatrı və aktyorları müdafiə eləmişəm. 
Mənim çıxışımın teatra böyük xeyri oldu. İstədiyim də elə bu idi. Hamı bilir ki, mən sözü elə-belə demirəm. Bunu məni tanıyanlar yaxşı bilir. Hünəriniz varsa, siz də fikir bildirin. Sizi teatr maraqlandırır? Əllərindən bir iş gəlməyən çərənçilər ancaq hürməyi bacarır. Onlar hürür, iş ondadaır ki, mən iş görürəm və inçəsənətin xeyrinə nəyəsə nail oluram. Küçədə insanlar məni görəndə maşından düşüb mənim əlimi öpüllər...İndi mənim ayağımın tozu olmayanlar çaqqal kimi ulaşır... Mənim çalışdığım bu idi, aktyorun haqqı tanınsın. Buna da nail oldum”. 

Qeyd edək ki, Xalq artisti Ramiz Novruz uzun sürən xəctəlikdən sonra fevralın dünyasını dəyişib. Aktyorla Akademik Milli Dram Teatrında vida mərasiminin keçirilməməsi cəmiyyətdə böyük narazılığa səbəb oldu. 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar