Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni regional mədəniyyət idarələri yaradıldı

Tarix: 23-02-2023 16:25     Baxış: 3406 A- / A+


Prezident İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Manevr.az sərəncamın mətnini təqdim edir:
1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri (Sumqayıt Regional Mədəniyyət İdarəsi, Xaçmaz Regional Mədəniyyət İdarəsi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Şəki Regional Mədəniyyət İdarəsi, Kürdəmir Regional Mədəniyyət İdarəsi, Ağstafa Regional Mədəniyyət İdarəsi, Şəmkir Regional Mədəniyyət İdarəsi, Gəncə Regional Mədəniyyət İdarəsi, Bərdə Regional Mədəniyyət İdarəsi, Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdaş Regional Mədəniyyət İdarəsi, Sabirabad Regional Mədəniyyət İdarəsi, Biləsuvar Regional Mədəniyyət İdarəsi, Masallı Regional Mədəniyyət İdarəsi və Lənkəran Regional Mədəniyyət İdarəsi) əsasında, “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.3–1.14-cü bəndləri ilə müəyyən edilmiş Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq aşağıdakı regional mədəniyyət idarələri yaradılsın:
1.1. Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi;
1.2. Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi;
1.3. Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi;
1.4. Qarabağ Regional Mədəniyyət İdarəsi;
1.5. Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi;
1.6. Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi;
1.7. Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi;
1.8. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi;
1.9. Mil–Muğan Regional Mədəniyyət İdarəsi;
1.10. Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsi;
1.11. Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi;
1.12. Şirvan–Salyan Regional Mədəniyyət İdarəsi.
2. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 572; 2021, № 1, maddə 79) 2-ci hissəsi ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar