Xəbər lenti
"Atam, anam, qardaşım, mən və Stalin" tamaşası anşlaqla keçdi - ŞƏKİLLƏR
Tamaşa Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında hazırlanıb. Əsər Cavidlər ailəsinin Stalin repressiyası səbəbindən məruz qaldığı məşəqqətli ömür yollarından bəhs edir.
Premyera böyük maraqla qarşılandı və anşlaqla keçdi. Hüseyn Cavidin nakam taleyi, bütünlükdə Cavidlər aləsinin iztirablarla keçən həyatı tamaşada şairin qızı Turan Cavid obrazının nümunəsində əyaniləşdi. Xatirələr, məktublar, gerçəkdə baş verən hadisələr, bütünlükdə Cavid faciəsi, ötüb keçən əzabla dolu ömür övladlarının, ailəsinin yaşantılarında uğurlu aktyor oyunu nümunəsində əksini tapdı.
Hüseyn Cavidin 140 illiyinə həsr olunan tamaşanın nümayişində Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Xalq şairi Nəriman Həsənzadə, Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Xalq yazıçısı Elçin, Mətbuat Şurasının sədri Rəşad Məcid, Xalq artisti Ramiz Həsənoğlu, akademik Nizami Cəfərov, Xalq rəssamı Sakit Məmmədov, Hacı İsmayılov, yazıçı Seyran Səxavət, AYB katibləri Elçin Hüseynbəyli, İlqar Fəhmi, Səlim Babullaoğlu, eləcə də digər ədəbiyyat və sənət adamları iştirak ediblər.
Qeyd edək ki, tamaşanın tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor köməkçisi İmaməli İmaməliyevdir.
Səhnə əsərində rolları əməkdar artist Esmiralda Şahbazova, aktyorlar Samir Əliyev, Pərvin Dadaşova, Niyaməddin Səfərəliyev ifa ediblər.(edebiyyatqazeti.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar