Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Seyran Səxavətin oxucularla görüşü keçirilib -SUMQAYITDA/ FOTOLAR

Tarix: 27-04-2017 18:45     Baxış: 3701 A- / A+
 Seyran Səxavətin oxucularla görüşü keçirilib


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada görkəmli yazıçı Seyran Səxavətin oxucularla görüşü keçirilib.

Manevr.az-ın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Yeganə Əhmədova yazıçıya dəvəti qəbul edib gəldiyinə görə kitabxanaçılar və oxucular adından təşəkkür edib və görüşün formatı haqqında məlumat verib.

Daha sonra şair Əşrəf Veysəlli, gənc yazar Kəramət Böyükçöl, şəhər ziyalısı Sabir Məmmədov, şair-jurnalist Namiq Dəlidağlı, yazıçı Almaz Sahilə və digərləri çıxış edərək Seyran Səxavətin həyatı, yaradıcılığı haqqında fikirlərini, yazıçı ilə bağlı xatirələrini bölüşüblər.

60-cı illərdə ədəbiyyata gələn və oxucularla son dəfə 25 il öncə görüşdüyünü bildirən qonaq çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. O, çıxışında Azərbaycan dilinin bu günkü vəziyyəti, kitaba, mütaliəyə marağın azalması, milli-mənəvi dəyərlər, müasir ədəbi mühit və digər mövzular haqqında geniş söhbət açıb, oxcuları maraqlandıran sualları cavablandırıb.

Sonda yazıçı müxtəlif illərdə yazdığı şeirlərini oxuyub, gənclik illəri ilə bağlı xatirələrini bölüşüb.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


 Seyran Səxavətin oxucularla görüşü keçirilib
 Seyran Səxavətin oxucularla görüşü keçirilib
 Seyran Səxavətin oxucularla görüşü keçirilib
 Seyran Səxavətin oxucularla görüşü keçirilib
 Seyran Səxavətin oxucularla görüşü keçirilib
 Seyran Səxavətin oxucularla görüşü keçirilib
 Seyran Səxavətin oxucularla görüşü keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar