Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Nazirlik Tünzalə Əliyevanın ölümü ilə bağlı nekroloq yaydı

Tarix: 22-01-2023 16:16     Baxış: 3471 A- / A+

Əməkdar artist Tünzalə Əliyevanın yaradıcı fəaliyyəti dövlət tərəfindən qiymətləndirilib.
Manevr.az xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Əməkdar artist Tünzalə Əliyevanın ölümü ilə bağlı nekroloqunda yer alıb.
“Azərbaycan mədəniyyətinə itki üz verib. Teatr və kino aktrisası, respublikanın Əməkdar artisti Tünzalə Əliyeva uzun sürən xəstəlikdən sonra yanvarın 22-də, ömrünün 50-ci ilində vəfat edib.
Tünzalə Məcid qızı Əliyeva 1973-cü il fevralın 15-də Gəncə şəhərində anadan olub. 1993-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. Gəncə Dövlət Kukla Teatrında, Gəncə Dövlət Dram Teatrında çalışıb. 2003-cü ildən yaradıcı fəaliyyətini Bakıda, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının truppasında davam etdirib. Teatrın repertuarındakı bir sıra tamaşalarda yaddaqalan obrazlar (Natella – M.Haqverdiyev, "Qısqanc ürəklər"; Şahnaz – A.Rəhimov "Pul hərisləri"; Mehriban – Ə.Nesin, "Toros canavarı", Sənəm – Ü.Hacıbəyli, "O olmasın, bu olsun" və s.) yaradıb. Həmçinin müxtəlif filmlərdə çəkilən, əyləncəli televiziya proqramlarında iştirak edən aktrisa geniş tamaşaçı rəğbəti qazanıb.
Tünzalə Əliyevanın yaradıcı fəaliyyəti dövlət tərəfindən qiymətləndirilib, 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin”, - nekroloqda qeyd edilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar