Xəbər lenti
“Həyat üçün doğulmuşuq, vətən üçün ölməliyik” adlı tədbir keçirilib -SUMQAYITDA/ FOTOLAR
Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıt Şəhər Mədəniyyət Evində “Həyat üçün doğulmuşuq, vətən üçün ölməliyik” adlı tədbir keçirilib.
2016-cı ilin aprel döyüçlərində şəhid olan igidlərimizin xatirəsinə həsr olunan tədbirə şəhdlərin valideynləri, ailə üzvləri, zabit və əsgər yoladaşları qatılıb.
Tədbirdə mədəniyyət evinin qiraət dərnəyinin üzvləri Asiman Rzayev, Əhməd Məmmədov, Əlipaşa Paşayev, Elnur Fərzəliyev Z.Yaqubun və S.İbrahimoğlunun şeirlərindən ibarət “Şəhidlər” kompozisiyası ilə çıxış edib, Elxan Elatlının “Qisas” romanı əsasında səhnəcik nümayiş etdiriblər.
Daha sonra mədəniyyət evinin solisti Allahverdi Xəyalın ifasında “Şəhid anası” “Şəhidlər” və digər vətənpərvər ruhda mahnılar dinlənilib, muğamlar ifa olunub.
Sonda qonaqlar aprel döyüşlərini əks etdirən foto, rəsm və kitab sərgisi ilə yaxından tanış olublar.
Qeyd edək ki, Sumqayıt Şəhər Mədəniyyət Evi müntəzəm olaraq hərbi hissələrdə konsert proqramı ilə çıxış edir, rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgilər nümayiş etdirir.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar