Xəbər lenti
Alla Puqaçova xarici kəşfiyyata işləyib - Rusiyadan sərt İTTİHAM
Rusiya Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin məşhur müğənnii Alla Puqaçovanı Qərbin xüsusi xidmət orqanlarına işləməkdə ittiham edib.
Manevr.az xəbər verir ki, o bu barədə NTV telekanalında yayımlanan "Görüş yeri" verilişində bildirib.
Borodin sənətçidən başqa rep ifaçısı Morqenşternin, videobloger və jurnalist Yuri Dudun (adlarını da qeyd edib.
"Bizdə olan məlumata görə, bu insanlar Qərb kəşfiyyat orqanlarına işləyirlər", -o deyib.
Borodin vurğulayıb ki, o, “Puqaçovanın Qərb ölkələri ilə əlaqəsini” sübut edəcək rəsmi sənədləri gözləyir.
“Bir az gözləyin, biz sizə Alla Puqaçova, Morqenştern və Dudun əməkdaşlığı ilə bağlı bütün həqiqəti deyəcəyik. Bu adamlar bütün bu illər ərzində Rusiyada kimlərə işləyiblər və niyə məhz ölkəmiz üçün çətin məqamda qaçıblar? Ümid edirəm ki, hamınız bunun bir səbəbə görə deyildiyini başa düşəcəksiniz”, - Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri bildirib.
Alla Puqaçova bu ilin sentyabrında Rusiyanı tərk edərək İsrailə köçüb. Dekabrın ortalarında Rusiyanın vergi xidməti estrada müğənnisinin şirkətini müflis olması səbəbindən bağlayıb.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar